ELEKTRİK TRAVMASI – cәrәyan vurduqda (mәişәtdә, istehsalatda, habelә ildırım vurma zamanı) orqanizmdә baş verәn patoloji vәziyyәt. E.t.-nın ağırlığı cәrәyanın parametrlәrindәn vә onun tәsir müddәtindәn asılıdır. Cәrәyanın gücü 10 mA-ә qәdәr olduqda ancaq xoşagәlmәz hissiyyat, nisbәtәn ağır hallarda cәrәyan naqilinin tәmas nahiyәsindәki әzәlәlәrdә (mәs., yuxarı әtraf әzәlәlәrindә) qeyri-iradi yığılmalar baş verir; cәrәyanın gücü 15 mA olduqda әzәlәlәrin yığılması o dәrәcәdә güclü olur ki, barmaqları yapışdığı naqildәn ayırmağa imkan vermir; 25 mA vә daha çox olduqda bәdәnin bütün әzәlәlәrindә qıcolmalar (o cümlәdәn tәnәffüs әzәlәlәrindә boğulma törәdәrәk ölüm tәhlükәsi yaradır); sinir vә ürәk-damar sistemi fәaliyyәtindә pozulmalar, huşun itmәsi, kliniki ölüm baş verir vә bu halda, reanimasiya tәdbirlәrinin tәtbiqi tәlәb olunur. 100 mA rejimindә dәyişәn cәrәyan ürәkdә fibrilyasiya törәtmәklә bilavasitә miokarda tәsir göstәrir, bu zaman ürәyin ritmik yığılmasının bәrpası üçün defibrilyatordan istifadә edilir. 450– 500 V-a qәdәr gәrginlikdәki dәyişәn cәrәyan daimi cәrәyana nisbәtәn çox fәsad törәdir; daha yüksәk gәrginlikdә isә daimi cәrәyan dәyişәn cәrәyandan tәhlükәlidir. 350 V-dan yuxarı cәrәyan gәrginliyi zamanı cәrәyanın daxil olduğu vә çıxdığı yerlәrdә yerli dәyişikliklәr – 3-cü vә 4-cü dәrәcәli elektrik yanıqları (bax Yanıqlar) baş verir; onun sahәsi nöqtәlәr şәklindә “damğa”dan tutmuş әtrafın kömürә dönmәsinә qәdәr müxtәlif ölçülü olur.
Elektrik gәrginliyindәn, travmanın ye- rindәn asılı olaraq E.t. yerli vә ümumi xarakterlidir. Zәrәrçәkәnin hәyatı vaxtında göstәrilәn ilk yardımdan asılıdır; cәrәyanın tәsirindәn dәrhal xilas olması, ağır hallarda – süni tәnәffüs vә döş qәfәsi vasitәsilә ürәyin massaj edilmәsi zәruridir. E.t.-ndan sonra elektrik yanığının vә sinir-damar pozulmalarının müalicәsi üçün zәrәrçәkmiş hospitala yerlәşdirilmәlidir. P r o f i l a k t i k a üçün elektrik qurğularının quraşdırılması, istismarı vә tәmiri zamanı texniki tәhlükәsizlik qaydalarına ciddi әmәl olunmalıdır.