ELEKTRİK VENTİLİ – keçiriciliyi elektrik cәrәyanının istiqamәtindәn asılı olan elektrik cihazlarının ümumi adı; cәrәyanın bir (düz) istiqamәtindә keçiricilik әks istiqamәtә nisbәtәn bir vә ya bir neçә tәrtib yüksәk olur. Bu xüsusiyyәtinә görә E.v.-ndәn düzlәndiricilәrdә, inventorlarda, tezlik çeviricilәrindә, kommutasiya qurğularında vә s. geniş istifadә edilir. Ventil effekti metal – elektrolit (elektrolit ventili), metal – qaz (qazboşalma, yaxud ion ventili), metal – vakuum (elektron, yaxud elektrovakuum ventili), metal – yarımkeçirici vә ya müxtәlif qatışıqlı iki yarımkeçirici (yarımkeçirici ventil) sәrhәdindә ola bilәr. E.v. kimi diodlar (elektrovakuum cihazları, yarımkeçiricilәr, qazotronlar), civә ventillәri, tiratronlar, tiristorlar tәtbiq edilir. E.v.-nin әsas parametrlәri güc (Vt-ın hissәlәrindәn onlarla kVt-adәk), düzlәndirilmiş cәrәyan şiddәti (A-in hissәlәrindәn yüzlәrlә A-әdәk), yolverilәn әks gәrginlik (onlarla V-dan yüzlәrlә kV-adәk) vә s.-dir.