ƏHƏRİ, Əbu Bәkr әl-Qütbi әlƏhәri (?, Əhәr – ?) – 14 әsr Azәrb. tarixçisi. Cәlairi sultanı Şeyx Üveysә [1356–74] hәsr olunmuş “Tarixi-Şeyx Üveys” әsәrinin müәllifidir. Fars dilindә yazılmış әsәrin 1304–59 illәrdә baş vermiş hadisәlәrdәn bәhs edәn hissәsi Azәrb. tarixini öyrәnmәk üçün qiymәtli mәnbәdir. Əsәr holland şәrqşünası Y.B. van Loon tәrәfindәn Leyden Un-ti Kitabxanasında saxlanılan yeganә әlyazma nüsxәsi әsasında ingiliscә tәrcümәsi ilә birlikdә 1954 ildә Haaqada (Niderland) nәşr edilmiş, 1984 ildә M.D.Kazımov vә B.Z.Piriyev tәrәfindәn әlyazma әsasında rus dilinә tәrcümә olunmuşdur.