Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRİK YÜKÜNÜN SAXLANMASI QANUNU

    ELEKTRİK YÜKÜNÜN SAXLANMASI QANUNU – tәbiәtin fundamental qanunlarından biri; istәnilәn qapalı sistemin (elektrikdәn izolәedilmiş) elektrik yüklәrinin cәbri cәmi bu sistemin daxilindә hansı hadisәnin baş vermәsindәn asılı olmayaraq sabit qalır. 18 әsrdә müәyyәn edilmişdir. Elektronun (mәnfi yükün daşıyıcısı) vә protonun (qiymәtcә elektronun yükünә bәrabәr müsbәt yükün daşıyıcısı) kәşfi göstәrdi ki, elektrik yüklәri öz-özünә mövcud deyil, zәrrәciklәrlә bağlıdır (yük zәrrәciyin daxili xassәsidir). Sonralar qiymәtcә elektronun yükünә bәrabәr müsbәt vә mәnfi yükdaşıyan digәr elementar zәrrәciklәr kәşf olundu. Belәliklә, elektrik yükü diskretdir: hәr hansı cismin yükü elementar elektrik yükünün tam misillәrinә bәrabәrdir.

    Hәr bir zәrrәcik ona mәxsus olan müәyyәn elektrik yükü ilә xarakterizә olunduğuna görә zәrrәciklәrin qarşılıqlı çevrilmәsi baş vermәyәn fiziki hadisәlәr oblastında E.y.s.q.-na zәrrәciklәr sayının saxlanmasının nәticәsi kimi baxmaq olar. Mәs., makroskopik cisimlәrin elektriklәnmәsi zamanı yüklәnmiş zәrrәciklәrin sayı dәyişmir, yalnız onların fәzada yerdәyişmәsi baş verir: yüklü zәrrәciklәr bir cisimdәn digәrinә ötürülür.

    Zәrrәciklәrin qarşılıqlı çevrilmәsi pro- seslәrinin baş verdiyi elementar zәrrәciklәr fizikasında zәrrәciklәrin sayı saxlanmır: bir qisim zәrrәcik itir, başqaları yaranır, lakin bu zaman E.y.s.q. hәmişә ciddi ödәnir: zәrrәciklәrin bütün qarşılıqlı tәsirlәri vә çevrilmәlәri zamanı yüklәrin cәbri cәmi sabit qalır. Bu halda bütün belә çevrilmәlәrdә digәr saxlanma qanunları (enerjinin, hәrәkәt miqdarının vә s.) da ödәnmәlidir.

    E.y.s.q. enerjinin saxlanması qanunu ilә birlikdә elektronun dayanıqlığını “izah edir”. Elektron (vә pozitron) yüklü zәrrәciklәrin әn kiçiyidir, ona görә dә heç cür parçalana bilmәz.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV