ELEKTRİK-ERÓZİYA DӘZGAHI – istәnilәn özlüklü vә bәrklikli cәrәyankeçirәn materialların elektrik-eroziya emalı üçün dәzgah. E.-e.d. qrupuna mürәkkәb quruluşlu mәmulatların (döymә ştampları, pres-qәlib, kokillәr vә s.) daxili sәthlәrinin emalı, deşiklәrin açılması, hәmçinin oyma işlәrinin yerinә yetirilmәsi üçün s u r ә t ç ı x a r m a - d e ş i k a ç m a d ә z g a h l a r ı, bәrk әrintidәn olan alәtlәrin itilәnmәsi üçün i t i l ә mә d ә z g a h l a r ı, bәrk әrintilәr vә kövrәk materiallardan olan pәstahların kәsilmәsi üçün d o ğ r a m a d ә z g a h l a r ı, müәyyәn qrup mәmulatların emalı üçün alәt vә tәrtibatlarla tәchiz edilmiş x ü s u s i d ә z g a h l a r aiddir.