ELEKTRİK-ERÓZİYA EMALI – cәrәyankeçirәn materialların emalı üsulu; elektrodlar (alәt vә emal olunan pәstah) arasında yaradılan elektrik boşalması impulslarının istilik tәsirindәn pәstahların emal sәthinin dağılmasına (eroziyaya) әsaslanmışdır. E.-e.e. ilә pәstahdan lazımi forma vә ölçülü detallar almaq vә ya sәth tәbәqәsinin struktur vә keyfiyyәtini dәyişmәk (sәthi möhkәmlәndirmәk vә örtmәk) olur. Elektrik-qığılcım emalı vә elektrik-impuls emalı üsulları E.-e.e.-na aiddir. Bu üsullar üçün emal sahәsindә qısamüddәtli elektrik impulslarının yaranması vә elektrik boşalması prosesinin getmәsi xarakterikdir. Elektrik eroziyası üsulları bәrk vә çox bәrk materialların emalı, mürәkkәb
konfiqurasiyalı detalların hazırlanması vә s. üçün tәtbiq edilir.