ƏHL (әr. ) – qәdim dövrlәrdә vә erkәn orta әsrlәrdә әrәblәr arasında (әsasәn köçәrilәrdә) patriarxal ailә; bir çadırın (xeymә) sakinlәri (üzvlәri) qövm adlanırdı. Sosial tәşkilatın ali forması qәbilә sayılırdı. Ə.-ә ailә başçısının nәsli, onun qardaşları vә qardaşı uşaqları, habelә nәslin üzvlәri tәrәfindәn oğulluğa, yaxud qardaşlığa götürülmüş qullar vә asılı şәxslәr dә daxil olurdu. Ə.-in xüsusi mülkiyyәtinә mal-qara vә ev әşyası aid idi. Su, otlaqlar vә becәrilәn torpaqlar qәbilәnin xüsusi mülkiyyәti kimi qohumlar vә ayrıayrı nәsillәr tәrәfindәn istifadә olunurdu. Ə. şәrәfini qorumaq, qan intiqamı vә s. yalnız Ə.-in deyil, bütün qәbilә üzvlәrinin borcu idi.