Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHLİ-HƏQQ

    ƏHLİ-HƏQQ (fars. – haqq adamları) – 14 әsrdә formalaşmış konfessional qrup. İranın, әsasәn, İraqla hәmsәrhәd regionlarında (Luristan, Kürdüstan, Kirmanşah), Urmiya gölü әtrafında, Tәbrizdә, elәcә dә ayrı-ayrı şәhәrlәrdә vә İraqda (Süleymaniyyә, Kәrkük, Mosul vә Xanәgin) yaşayırlar. Etnik tәrkibi әsasәn türkmәnlәr, goranlar, İran azәrb.-ları, kürdlәr, lorlar, zazalar vә farslardan ibarәtdir. Ə.-h. yarsanlar, әliallahilәr, tayifәsanlar, yaxud goranlar da adlanır. İnanc vә ayinlәr sistemindәki bәnzәrliklәrinә görә çox vaxt әlәviliklә eynilәşdirilәn Ə.-h. onun Azәrb. vә İran qolu hesab edilir. Əsası Şah Xuşin kimi tanınan Luristanlı Mübarәk şah (1027–88) tәrәfindәn qoyulmuş, Musa әlKazimin nәslindәn olan Bәrzincәli (İraq) Sultan İshaq (yaxud Sәhak; 1270–1400) tәrәfindәn sistemlәşdirilmişdir. Hazırda Ə.-h.Sultan Sәhakın 11 oğlunun adı ilә bağlı olan 11 xanәdandan ibarәtdir.

    İnanc sisteminin әsasını, Əli ibn Əbu Talib şәxsiyyәtinin tәşkil etdiyi Ə.-h. başda Sultan Sohak olmaqla iyerarxik piramida şәklindә tәbәqәlәşir; piramida Sultan Sohakdan sonra 4 müqәrrәb (Allaha yaxın) mәlәyin tәmsilçisi olan 4 şәxs, yeddilәr (“hәfttәn”), Əlinin kәmәr bağladığı 17 kәmәrbәst, qırxlar, 72 pir, 10000 xidmәtçi ilә davam edir vә xalq (qalan әhali) ilә tamamlanır. Reinkarnasiya (Ə.-h.-dә “donbәdon” – libasdan libasa keçmә) Ə.h.-in inancında mәrkәzi yeri tutur. İnanca görә, Allahın yer üzündә 7 tәcәllisi mövcuddur. 7 tәcәllinin ilk dördü [Xavәndigar (ilkin yaradıcı), Mürtәza Əli (Əli ibn Əbu Talib), Şah Xuşin vә Sultan Sohak] Ə.-h.in bütün qolları tәrәfindәn qәbul edilir, digәr üçünün kimliyi barәdә isә fikir ayrılığı var. 7-ci dövr başa çatdıqdan sonra Zamanın sahibi Mehdi zühur edәrәk, Şәhrәzur çölündә ilahi mәhkәmә quracaq. Ə.h.-in reinkarnasiyası 1001 dirilmәdәn ibarәtdir. Bu, hәr bir insana aiddir. Sarı torpaqdan (“zәrdgil”) yaranmış insanlar daha çox “libas dәyişir” vә ilahi nura daha çox yaxınlaşır. Qara torpaqdan (“xaki-siyah”) yaranmışlar pis insanlardır, onların paklanma ehtimalı azdır. Bәşәr tarixi dörd dövrdәn ibarәtdir: Adәmdәn Mәhәmmәdin peyğәmbәrliyinә qәdәrki şәriәt dövrü, Əli ibn Əbu Talibdәn Şah Xuşinә qәdәrki tәriqәt dövrü (661–1027), Şah Xuşindәn Sultan Sohaka qәdәrki mәrifәt dövrü vә Sultan Sohakla başlayan hәqiqәt dövrü. İnsan mәnәvi kamilliyә çatmaq üçün dörd mәrhәlәdәn keçmәlidir. Şәriәt mәrhәlәsindә Mәhәmmәdin dinini vә on iki imamın mәzhәbini qәbul etmәli, tәriqәt mәrhәlәsindә Əlinin vilayәtinә inanmalı, mәrifәt mәrhәlәsindә özünü tanımalı, hәqiqәt mәrhәlәsindә isә Allaha qovuşmalıdır.

    Ə.-h.-in әsas ayin vә mәrasimlәri cәmlәr (toplantılar), niyazlar (dualar), oruc vә ziyarәtlәrdir. Cәmlәrdә gizli vә aşkar zikrlәr edilir, kәlamlar oxunur, Allahdan hacәtlәr istәnilir, deyişlәr (şeir vә musiqi ifaları) söylәnilir. Ə.-h.-lәr hәr il Sultan Sohakın dostları ilә üç gün mağarada ordudan gizlәnmәsi vә orada oruc tutması haqqında rәvayәtә söykәnәn üçgünlük “mәrnovi” (“yeni mağara”) orucu tuturlar. Gündәlik ibadәtlәri yoxdur. İbadәtin әsas rüknlәri dörddür: tәmizlik (“paki”), dürüstlük (“rasti”), “mәn”indәn keçmәk (“nisti”) vә fәdakarlıq (“ridә”). Ə.-h.-in mühüm mәrasimlәrindәn biri uşaq üçün doğulmasından 3 vә ya 7 gün sonra tәşkil edilәn “baştapşırma” mәrasimidir (“Sәrsepürdә”).

    Ə.-h.-in başlıca müq. kitabı Sultan Sohakın kәlamlarından ibarәt “Sәrәncam” (yaxud “Kәlam xәzanә” vә ya “Divan Gevre”) kitabıdır. Kitabın müxtәlif hissәlәri lur, gorani dillәrindә vә hevrami dialektindәdir. Cәnubi Azәrb. Ə.-h.-lәri arasında mәşhur olan azәrbaycanca kәlamlar da “Sәrәncam”ın bir hissәsi hesab edilir. Hacı Nemәtullah Ceyhunabadinin (1871– 1920) “Furqanül-әxbar”, “Şahnameyi-hәqiqәt”, onun oğlu Nurәli İlahinin (1895– 1974) “Burhanül-hәqq” әsәrlәri Ə.-h. barәdә başlıca mәnbәlәrdir.

    Əd.: Kaya A. Ehli-i Haklar ve Dersim. İstanbul. 2014.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç