ELEKTRİK-KONTAKT EMALI – elektromexaniki emal üsullarından biri; emal alәti detal ilә alәtin kontakt (tәmas) yerindәn keçәn elektrik cәrәyanının yumşaltdığı (әritdiyi) materialı pәstahdan qoparır. Emal zonasında istilik impuls-qövs boşalmalarından vә kontaktla qızmadan alınır. E.-k.e.-nda elektrod-alәt (metal disk) katod, emal olunan pәstah isә anoddur. Sabit vә dәyişәn cәrәyandan istifadә olunur. E.-k.e. çuqun vә polad tökmәlәrin tәmizlәnmәsindә, külçәlәrin kobud yonulmasında, sәthlәrin kobud emalında, yayıqların kәsilmәsindә, hәmçinin detalların sәthi möhkәmlәndirilmәsi üçün tәtbiq edilir.