ELEKTRİK-KONTAKT QAYNAĞI – qaynaqlanan detalların toxunma sәthlәrindәn elektrik cәrәyanı keçirәrәk onları qızdırıb bir-birinә sıxmaqla aparılan qaynaq üsulu; xüsusi kontakt qaynağı maşınları ilә yerinә yetirilir. Maşın stasionar, sәyyar, asma, universal vә ixtisaslaşdırılmış olur. Qaynaq birlәşmәsinin formasına görә E.-k.q.-nın nöqtәvi, relyefli, uc-uca vә diyircәkli (tikişli) növlәri var. N ö q t ә v i E.-k.q. zamanı detallar ayrı-ayrı nöqtәlәrdә birlәşir, eyni zamanda bir, iki vә daha çox nöqtә qaynaqlana bilir. Bu üsulla elektron cihazlarının çox nazik (0,02 mkm) metal vәrәqlәri vә avtomobil, tәyyarә, gәmi konstruksiyalarının polad hissәlәri qaynaqlanır. R e l y e f l i q a y n a q l a detallar üzәrindә qabaqcadan çıxıntı düzәldilir. Qaynaq bir, yaxud bir neçә çıxıntı boyu (relyef üzrә) aparılır. U c - u c a E.- k.q.-nda detallar plastik vәziyyәtdә bütün toxunma sәthlәri boyu qaynaqlanır. Bu qaynaqdan polad kanatların, hәmçinin müxtәlif metallardan hazırlanan detalların qaynaqlanmasında istifadә olunur. D i y i r c ә k l i E.-k.q.-nda fasilәsiz sıx tikiş yaradılır, qaynaq olunan nöqtәlәr bir-birinin üzәrini qismәn örtür. Bu zaman elektrik intiqalı vasitәsilә fırlanan diyircәklәr (elektrod) hәm detalları sıxır, hәm cәrәyan keçirir, hәm dә mәmulatın yerini dәyişdirir. Tәzyiq altında işlәyәn boru vә qabların hazırlanmasında diyircәkli E.-k. q.-ndan istifadә olunur. E.-k.q. mәhsuldar vә asan avtomatlaşdırılan qaynaq növü olduğundan kütlәvi vә iriseriyalı istehsalatda geniş tәtbiq edilir.
Elektrik-kontakt qaynağı sxemlәri: a – uc-uca; b – nöqtәvi; c – diyircәkli; 1 – qaynaqlanan mәmulat; 2 – elektrodlar; 3 – qaynaq transformatoru; P – sıxılma qüvvәsi.