ELEKTRİKLİ ORQANLAR – әzәlә, sinir, yaxud vәzili hüceyrәlәrin elektrik boşalması (yüzlәrlә V.) verәn şәklini dәyişmiş qrupu; bir çox balıqlarda (elektrikli skat, elektrikli naxa, elektrikli anqvil, ilanbalıqları) müdafiә, hücum, növdaxili siqnalizasiya vә sәmti tәyinetmә orqanlarıdır. E.o. hәlmәşik maddәlәrdәn tәcrid edilmiş, sinir tellәri vasitәsilә әlaqәlәnmiş çoxlu әzәlә lövhәciyindәn ibarәtdir. Balıq, digәr su heyvanı vә ya sualtı әşyaya toxunduqda bütün lövhәciklәr birlikdә elektrik cәrәyanı yaradır. Cәrәyanın şiddәti balığın növündәn asılıdır. İri balıqların yaratdığı elektrik cәrәyanı insan üçün ciddi tәhlükәdir.