Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHMƏD I

    ƏHMƏD I (1590, Manisa – 1617, İstanbul) – Osmanlı sultanı [1603–17]. III Mehmedin oğlu. Osmanlı dövlәtindә sultanın böyük oğlunun taxta çıxması qaydasını tәtbiq etmişdir. I Ə.-in hakimiyyәti dövründә Osmanlılar ş.-dә Sәfәvilәrlә (1603– 1618), q.-dә isә Avstriya ilә müharibәlәri davam etdirir, eyni zamanda Cәlalilәr hәkatını yatırmağa çalışırdılar. Belә şәraitdә Şah I Abbas İstanbul sülhünün (1590) şәrtlәrini pozaraq, 1603–12 illәrdә Azәrb., Ermәnistan vә Şәrqi Gürcüstanı yenidәn Sәfәvilәrin hakimiyyәtinә qaytardı. 1612 il oktyabrın 17-dә bağlanmış Sәrab müqavilәsinә әsasәn I Ə. osmanlılar tәrәfindәn işğal olunmuş әrazilәrin Sәfәvilәrin tabeliyinә keçmәsi ilә razılaşdı. Sәfәvilәr Osmanlı dövlәtinә ildә 200 dәvә yükü (vә yaxud 200 tay) ipәk vermәyi öhdәsinә götürdü, lakin bu şәrt yerinә yetirilmәdi.

    I Ə. Avstriya ilә Osmanlı dövlәti arasında Onüçillik müharibәnin (1593–1606) 1605 il yürüşündә Osmanlı ordusuna başçılıq edirdi. Osmanlı qüvvәlәri Belqraddan Budinә (Budapeştә) doğru irәlilәdi, Peşt vә Hatvan, Vaç (Vaitsen), Ciyәrdәlәn, Esterqom vә s. qalalar alındı. Qәrb cәbhәsinin sәrdarı Quyucu Murad paşa Jitvatorok müqavilәsini (1606) imzaladı.

    I Ə. Ramazanoğulları bәyliyini lәğv etdi. 1608 ildә Quyucu Murad paşa 100 minә yaxın cәlali üsyançısına divan tutdu. 1609 ildә I Ə. feodal özbaşınalığının qarşısını almaq vә vergilәri azaltmaq mәqsәdilә “Ədalәt fәrmanı”nı verdi. İçkini qadağan etdi. Donanmanın güclәnmәsinә önәm verәn I Ə. 10 yeni trirema düzәltdirdi. Gәmi kapitanı Xәlil paşa Aralıq dәnizindә tәhlükәsizliyi tәmin etmәk üçün Malta vә Florensiyanın dәniz quldurlarını mәğlubiyyәtә uğratdı.

    1616 ilin yazında I Ə. böyük ordu ilә Sәfәvilәrә qarşı yeni müharibәyә başladı. Onun ağır mәğlubiyyәti Mәnd sülhünün (1618) bağlanması ilә nәticәlәndi.

    Sultan Əhmәd camesi, Quyucu Murad paşa  mәscidi,  Mәsih  paşa  camesi  vә s. I Ə.-in dövründә tikilmiş memarlıq nümunәlәridir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç