Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHMƏD III

    ƏHMƏD III (1673, Hacıoğlupazarı – 1736, İstanbul) – Osmanlı sultanı [1703– 30]. IV Mehmedin oğlu, III Mustafa vә I Əbdülhәmidin atası. 1703 il avqustun 23dә Ədirnәdә II Mustafanın yerinә taxta çıxdı. Ədirnәdә baş vermiş yeniçәri üsyanının iştirakçılarını cәzalandırdı. İstanbula döndükdәn sonra üsyan etmiş bostançılardan 700 nәfәrini saraydan qovdu. III Ə. hakimiyyәtinin ilk 7 ilindә yeddi sәdrәzәm dәyişdi. İspaniya irsi uğrunda müharibәdә vә Rusiya-İsveç müharibәsindә bitәrәf qaldı. 1711  ildә  İsveç kralı  XII  Karlın (Dәmirbaş) osmanlı torpaqlarına sığınması III Ə. ilә Rusiya arasında müharibәyә sәbәb oldu. Prut sәfәri (1711) zamanı orduya komandanlıq edәn Baltaçı Mehmed paşa rusları mühasirәyә alsa da, onların sülh tәklifini (yeniçәrilәrin itaәtsizliyi sәbәbindәn) qәbul etdi. III Ə. sülh şәrtlәrinә әmәl etmәyәn  ruslara  qarşı yeni  sәfәrә hazırlaşmaq üçün Ədirnәyә getdi (1712). Hollandiya vә İngiltәrә elçilәrinin dә iştirak etdiyi danışıqlardan sonra ruslar sülhün şәrtlәrini qismәn yerinә yetirdilәr. XII Karlın İsveçә dönmәk istәyi Osmanlı– Rusiya münasibәtlәrindә yenidәn gәrginlik yaratdı vә Ədirnә sülhünün (1713) bağlanması ilә nәticәlәndi: XII Karl İsveçә qayıtdı, Rusiya Azovu Türkiyәyә geri verdi. 1715 ildә III Ə. Venesiya ilә müharibәyә başladı, Moreyanı vә bir neçә adanı geri aldı, Kritdәki Suda vә Spinalonqa qalalarını әlә keçirdi. 1716 ildә Avstriya ilә müharibәyә başlayan vә Belqradı әldәn verәn Osmanlılar Pojarevats sülh müqavilәlәrini (1718) imzaladılar.

    Əfqan tayfalarının basqını nәticәsindә Sәfәvilәr dövlәtinin zәiflәmәsindәn istifadә edәn III Ə. Sәfәvi-Osmanlı müharibәlәrinin növbәti mәrhәlәsinә (1723–27) başladı (bax Sәvi-Osmanlı müharibәri). Lakin Rusiya ilә münasibәtlәrin gәrginlәşmәsindәn ehtiyat edәrәk İstanbul müqavilәsini (1724) imzaladı. Hәmәdan sülhünә (1727, 4 oktyabr) görә әfqan hakimi Əşrәf III Ə.-i bütün müsәlmanların xәlifәsi kimi tanıdı. 1729 ildә II Tәhmasibin sәrkәrdәsi Nadir xan (bax Nadir şah) Nәhavәnd vә Hәmәdanı geri aldı. Sәfәvilәrlә uğursuz müharibәlәr, dövlәt adamlarının dәbdәbәli hәyat tәrzi, xalqın ağır güzәranı narazılıqlara gәtirib çıxartdı [Patrona Xәlil üsyanı (1730)] vә III Ə. qardaşı oğlu Mehmedin xeyrinә hakimiyyәtdәn әl çәkdi.

    III Ə.-in hakimiyyәtinin 1718–30 illәri Osmanlı imperiyasının “Lalә dövrü” adlanır. Bu dövrdә elm vә sәnәt adamları himayә edilmiş, әhalinin savadlılığı artmış, bir çox elmi әsәrlәr osmanlı türkcәsinә tәrcümә olunmuş, İbrahim Mütәfәrrikin tәşәbbüsü ilә ilk türk mәtbәәsi (1727) yaradılmışdır. III Ə. avropasayağı ordu qurmağa çalışmış, riyaziyyatın, kartoqrafiyanın, imperiyanın flora vә faunasının öyrәnilmәsinә dair elmi әsәrlәr nәşr etdirmәyә başlamışdı. İstanbulda bir neçә came tikdirmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç