Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRİKÖTÜRMƏ XƏTTİ (EÖX)

    ELEKTRİKÖTÜRMӘ XӘTTİ (EÖX) – elektrik enerjisini elektrik stansiyalarından yarımstansiyalara, istehlakçılara ötürmәk vә ya paylamaq üçün mәftillәrdәn, kabellәrdәn, dayaqlardan vә kömәkçi vasitәlәrdәn ibarәt qurğu. Uzunluğu 57 km, gәrginliyi 1,5–2 kV olan sınaq xarakterli ilk sabit cәrәyan EÖX 1882 ildә fransız alimi M. Depre tәrәfindәn Misbax vә Münxen ş.-lәri arasında qurulmuşdur. Üçfazalı dәyişәn elektrik cәrәyanı (gәrginliyi 8,5 kV) isә dünyada ilk dәfә 1891 ildә “Lauffen” SES- indәn Frankfurt-Mayn ş.-nә (uz. 170 km) ötürülmüşdür. Konstruktiv icrasına görә hava (mәftillәr yerin vә ya suyun üzәrindәn keçir) vә yeraltı (yaxud sualtı) EÖX-nә ayrılır. Hava EÖX transformator yardımçı elektrik st.-ları (yarımstansiyaları) ilә birlikdә geniş әrazini әhatә edәn elektrik şәbәkәsini tәşkil edir. 

    E Ö X - n i n   t ә s n i f a t ı ilk növbәdә cәrәyanın növünә (sabit cәrәyan vә üçfazalı dәyişәn cәrәyan) görә aparılır. Çoxfazalı (altı vә onikifazalı) dәyişәn cәrәyan EÖX geniş tәtbiq edilmir. EÖX-nin әsas xarakteristikalarından biri onun buraxılış qabiliyyәtidir. EÖX ilә ötürülәn üçfazalı dәyişәn cәrәyanın gücü xәttin uzunluğundan, gәrginliyindәn vә cәrәyan yükündәn asılıdır. Nominal gәrginliyinә görә aşağıgәrginlikli (1 kV-adәk) vә yüksәkgәrginlikli (1 kV-dan yüksәk) EÖX-nә; yüksәkgәrginlikli isә orta (3–35 kV), yüksәk (110– 220 kV), ifratyüksәk (330–750 kV) vә ultrayüksәk (1000 kV-dan çox) EÖX-nә ayrılır. 
    Ümumi xәtdәki paralel dövrәlәrin sayına görә birdövrәli, ikidövrәli vә çoxdövrәli hava xәtlәri, topoloji xarakteristikalarına görә radial (güc bir mәnbәdәn daxil olur), magistral (bir neçә qola ayrılır) vә şaxә (bir ucu başqa EÖX-nin aralıq nöqtәlәrinә birlәşmiş xәtlәr) EÖX olur.

    E Ö X-n i n k o n s t r u k s i y a s ı n a mәftillәr, izolyatorlar vә dayaqlar (dirәklәr) daxildir. Hava EÖX-nin mәftillәri yaxşı elektrik keçiriciliyinә, mexaniki möhkәmliyә malik, kimyәvi vә atm. tәsirlәrinә davamlı olmalıdır. Mәftillәr, әsasәn, alüminiumdan, yüksәk mexaniki davamlılığa malik alüminium әrintilәrindәn, hәmçinin yüksәk temp-ra (150–210°C) davam gәtirәn sirkoniumlu әrintilәrdәn hazırlanır. Elektrik izolyasiyası tablanmış şüşәdәn olan asma izolyatorlar, yaxud şüşә-plastik içlikli polimer izolyatorlarla tәchiz edilir. Mәftillәri yer (su) sәthindәn tәhlükәsiz hündürlükdә saxlamaq üçün dayaqlardan (ağac, dәmir-beton vә metal) vә izolyasiya asqılarından, elәcә dә tәbii vә qurulma yüksaxlayan konstruksiyalardan (qaya, kronşteyn, dirәklәr vә s.) istifadә olunur. Hava EÖX-nin әsas xarakteristikası xәttin aşırım uz.-u (qonşu dayaqlar arasındakı mәsafә), xәttin qonşu mәftillәri (fazaları) arasındakı mәsafә, izolyator asqısının uz.-u, dayağın tam hündürlüyü vә mәftilin әn aşağı nöqtәsindәn yerәdәk olan әn kiçik yolverilәn mәsafәdir. Tufan zamanı atm. elektriklәşmәsindәn yaranan qәzaların sayını azaltmaq üçün EÖX dayaqları mәftillәrdәn yuxarıda bәrkidilmiş ildırımötürәn troslarla (ildırımın birbaşa mәftilә düşmәsinin qarşısını alır) tәchiz edilir. EÖX layihәlәndirilәn zaman radio vә TV verilişlәri qәbuledicilәrinә olan radiomaneәlәrin mәhdudlaşdırılması, elәcә dә EÖX mәftillәrinin altında yerlәşәn insan vә heyvanlara elektromaqnit sahәlәrinin tәsirinin azaldılması tәlәblәri nәzәrә alınır. Yeraltı EÖX bir vә ya bir neçә kabeldәn, stopor (durdurucu), birlәşdirici vә uc muftalarından, bәrkidici detallardan ibarәtdir. Yağ, yaxud qaz doldurulmuş kabellәrdәn ibarәt EÖX isә qidalandırıcı (tәchizedici) sistem vә yağın (qazın) tәzyiq siqnalvericisi ilә tәchiz edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV