ELEKTRİK-POSA ӘRİTMӘSİ – elektrikkeçirici sintetik posa vannasında aparılan saflaşdırıcı әritmә; posadan elektrik cәrәyanı keçәn zaman metal (sәrfolunan elektrod, xüsusi pәstah, yaxud sәpәlәnәn şixtә) ayrılan istiliyin tәsirindәn әriyir.Metal saflaşdırıcı mühit olan posadan keçәrәk damcı-damcı tökülür vә posanın altında bәrkiyәrәk istәnilәn formalı külçә (kütlәsi 200 t-adәk) şәklinә düşür. Posa ilә emal edilәn metal zәrәrli qatışıqlardan tәmizlәnir, onun tәdricәn bәrkimәsi isә külçәnin strukturunu yaxşılaşdırır. Posanın tәrkibini vә prosesin temp-r rejimini dәyişmәklә metalın seçiciliklә saflaşdırılması aparılır.
Bir elektrodlu elektrik-posa әritmәsinin sxemi.