ELEKTRİK-POSA QAYNAĞI – metalı vә elektrodu qızdırıb әritmәk üçün posa vannasından keçәn elektrik cәrәyanının ayırdığı istilikdәn istifadә edilәn qaynaq növü. E.-p.q.-nın mәftilşәkilli elektrodlu, lövhәşәkilli elektrodlu, әriyәn müştüklü kimi növlәri var. M ә f t i l ş ә k i l l i e l e k t r o d l u E.-p.q. zamanı qalınlığı 500 mm-ә qәdәr olan qaynaqlanan metallarda qeyri-mәhdud uzunluqlu tikişlәr alınır. L ö v h ә ş ә k i l l i e l e k t r o d l u E.-p.q.-nda tikişlәrin uz. 1,5 m-dәn çox olmur. Ә r i y ә n m ü ş t ü k l ü E.-p.q. qalınlığı 500 mm-dәn çox olan pәstahlarda düzxәtli tikişlәrin alınması vә mürәkkәb konfiqurasiyalı detalların birlәşdirilmәsi üçün tәtbiq edilir.
Elektrik-posa qaynağının sxemi: 1 – qaynaqlanan detalлар; 2 – elektrodun verilmәsi üçün müştük; 3 – elektrod; 4 – posa vannası; 5 – metal vannası; 6 – su ilә soyudulan mis sürüngәclәr; 7 – qaynaq tikisi.