ƏHMƏD BİCAN ƏRCİLASUN (d. 8.2.1943, İzmir) – türk dilçi vә әdәbiyyatşünası. İstanbul Un-tini bitirmişdir (1967). 1967–71 illәrdә Atatürk un-tindә, 1971–76 illәrdә Hacәttәpә Un-tinin türk dili vә әdәbiyyatı fakültәsindә işlәmişdir. 1983 ildә Türk Dil Qurumunun hәqiqi üzvü seçilmişdir. “Dildә birlik” әsәri Türk Milli Mәdәniyyәt Vәqfinin mükafatına layiq görülmüşdür (1984). 1986 ildә Qazi Untinin әdәbiyyat fakültәsinә prof. tәyin olunmuş vә burada türk dili vә әdәbiyyatı bölmәsini yaratmışdır. 1994–2000 illәrdә Türk Dil Qurumuna rәhbәrlik etmişdir. 2001–02 illәrdә Qırğızıstanın Manas Untindә dәrs demiş, fakültә dekanı, Türkoloji bölümün rәhbәri olmuşdur. 2002 ildәn Qazi Un-tindә çalışır. Tәdqiqatları türk dili vә әdәbiyyatı problemlәrinә, çağdaş türk lәhcә vә şivәlәrinә hәsr olunmuşdur. Şeir vә hekayәlәri, “Gülnar” (1998) romanı var.
Ə s ә r l ә r i: Bugünkü Türk Alfabeleri. Ankara,1977; Kutadgu Bilig Grameri – Fiil. Ankara, 1984; Dilde Birlik. İstanbul, 1984; Başlangıcından XIII Yüzyıla Kadar Türk Nazım ve Nesri. İstanbul, 1985.