ELEKTROAEROZOLTERAPÍYA – fizioterapiya üsulu; hissәciklәri elektriklә yüklәnmiş dәrman madәlәri aerozolları ilә müalicә. Aerozollardan fәrqli olaraq, elektroaerozol hissәciklәri eyniadlı (çox vaxt mәnfi) yüklәrin kömәyilә dispers sistemin maksimal davamlılığını, dәrmanların toxumalarda daha dәrin qatlara keçmәsini, or- qanizmdә onların yüksәk konsentrasiyasını vә daha uzunmüddәtli qalmasını tәmin edir. Elektroaerozollar almaq üçün xüsusi aparatlar, mәs., әl elektroaerozol generatoru, kameralı elektroaerozol generatoru (ГЭК–1) istifadә olunur. E., әsasәn, inhalyasiya şәklindә (cәrrahi әmәliyyatdan sonra pnevmoniyanın profilaktikası, tәnәffüs yollarının vә s. kәskin vә xroniki xәstәliklәrinin müalicәsi üçün), nadir hallarda yerli tәsir şәklindә (trofik xoralar, ikincili bitişmә ilә sağalan yaralar vә s. zamanı) tәtbiq edilir.