ELEKTROAKUSTİK ÇEVİRİCİ – akustik-elektron qurğularda elektromaqnit enerjisini akustik enerjiyә (elastik rәqslәrin enerjisinә) vә әksinә çevirәn element. Çevrilmә istiqamәtindәn asılı olaraq şüalandırıcı vә qәbuledici E.ç.-lәrә ayrılır. Şüalandırıcı E.ç.-nin kömәyilә elastik mühitdә akustik rәqslәrin hәyәcanlandırılması (oyadılması), qәbuledici E.ç.-nin vasitәsilә onların qәbulu vә parametrlәrinin (mәs., intensivliyinin) ölçülmәsi yerinә yetirilir. Hәyәcanlandırılmış (yaxud qәbuledilmiş) akustik rәqslәrin növündәn asılı olaraq E.ç. hәcmi akustik dalğa (mәs., pyezoelektrik, maqnitostristik vә s.) vә sәthi akustik dalğa çeviricilәrinә (mәs., qarşılıqlı-çubuqvarı çeviricilәr) ayrılır. E.ç.-lәrin әksәriyyәti xәtti olduğundan hәm şüalandırıcı, hәm dә qәbuledici kimi işlәyә bilir, yәni siqnalların tәhrif olunmamış ötürmәsini vә qәbulunu tәmin edir.