ƏHMƏD CƏMİL (Əhmәd Sәttar oğlu Cәmilzadә; 20.10.1913, İrәvan – 27.9. 1977, Bakı) – Azәrb. şairi. Azәrb. SSR Dövlәt mükafatı laureatı (1980). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir. Azәrb. Yazıçılar İttifaqında mәslәhәtçi (1940), mәsul katib (1940–42) işlәmiş, Böyük Vәtәn müharibәsi illәrindә Şimali Qafqaz, Krım cәbhә qәzetlәrinin (“Döyüş zәrbәsi”, “Hücum”, “Vәtәn uğrunda irәli”) redaksiyaları ilә әmәkdaşlıq etmişdir (1942–43). Müxtәlif illәrdә Azәrb. Uşaq vә Gәnclәr Ədәbiyyatı Nәşriyyatının, “Ədәbiyyat qәzeti”nin, “Azәrbaycan” jurnalının redaktoru vә ömrünün sonunadәk “Ulduz” jurnalının baş redaktoru (1973–77) olmuşdur. “Gözәl Qafqaz” adlı ilk şeiri 1928 ildә “Qızıl Gәncә” almanaxında çap edilmişdir. Müharibә illәrindә formalaşmış poetik üslubunun әks olunduğu, “Can nәnә, bir nağıl de”, “Açıl, ey sәhәr”, “Nişan üzüyü”, “Qaçqınlar” şeirlәri 20 әsr Azәrb. lirikasının әn yaxşı nümunәlәrindәndir. “Tәmәl daşları” (1951), “Şeirlәr”(1957), “Bahar şәfәqlәri” (1964), “Ellәr bayramı” (1972) vә s. kitablarında vәtәnpәrvәrlik, sadә insanların zәngin daxili alәmi, sülh vә azadlıq duyğuları tәrәnnüm olunur. İ.V.Götenin “Faust” poemasını, M.Y.Lermontov, N.A.Nekrasov, T.Q.Şevçenko, V.V.Mayakovski, S.Y.Marşak, A.T.Tvardovski, S.V. Mixalkov, R.Hәmzәtov vә b.-nın şeir vә poemalarını Azәrb. dilinә çevirmişdir. Əsәrlәri başqa xalqların dillәrinә tәrcümә olunmuşdur.
Əsәrlәri: Seçilmiş әsәrlәri. B., 1975; Vaxtında gәlmişik bu dünyaya biz. B., 1979; Dünyanın gözәlliyi. B., 1983; Can nәnә, bir nağıl de. B., 1987.