ELEKTROCӘRRAHLIQ (elektro … + cәrrahlıq) – yüksәktezlikli dәyişәn cәrәyanın (200 khs-dәn 5,5 Mhs-әdәk) kömәyi ilә aktiv elektrodun toxumalarla tәmas nöqtәsindә temp-run kәskin yüksәlmәsi ilә aparılan cәrrahi müalicә üsulu.
E l e k t r o t o m i y a – toxumaların ayrılıb yarılması vә e l e k t r o k o a q u l y a s i y a – toxumaların dağlanması (zülali maddәlәrin laxtalanması) növlәri vardır. Toxumalar elektrik bıçağının kömәyi ilә yarılarkәn qanaxma baş vermir, çünki kәsmә anında qan laxtalanır. E. müdaxilә prosedurları yüksәktezlikli elektrocәrrahlıq aparatı ilә yerinә yetirilir. E. üsulu baş-beyin әmәliyyatları (qansız әmәliyyat sahәsi cәrrahi müdaxilәnin görmә nәzarәti altında icrasına imkan verir), habelә göz cәrrahlığı (kirpiklәrin kәnar edilmәsi zamanı), dәri şişlәrinin götürülmәsi, stomatologiya, urologiya vә tibbin digәr sahәlәrindә tәtbiq olunur.