ƏHMƏD CÖVDƏT (Ahmet Cevdet), Cövdәt paşa (23.3.1823, Bolqarıstan, Lovets – 26.5.1895, İstanbul) – türk tarixçisi, siyasi xadim. Müxtәlif illәrdә qubernator, nazir, Dövlәt Şurasının sәdri olan Ə.C.-in rәhbәrliyi ilә 1868–76 illәrdә Osmanlı imperiyasının ilk Mülki Mәcәllәsi tәrtib edilmişdir. Ə.C. tarix, hüquq, islam dini tarixi, mәntiq, әdәbiyyat vә s. elm sahәlәrinә dair әsәrlәrin müәllifidir. 1774– 1826 illәrdә baş vermiş hadisәlәri әhatә edәn “Tarix-i Cövdәt” (12 cild) vә “Tәzakir-i Cövdәt” (12 cild), hәmçinin “Mәruzat”, “Krım vә Qafqaz tarixçәsi” kitablarında Osmanlı imperiyasının 18–19 әsrlәr hәrbi, siyasi, ictimai vә iqtisadi tarixinә dair zәngin faktiki material toplanmışdır. Əsәrlәrindә hadisәlәrin inkişafı ilә әlaqәdar yeri gәldikcә Azәrb.-ın ictimaisiyasi vәziyyәti vә s. mәsәlәlәrә dә toxunulmuşdur.