ELEKTRÓD PROSESLӘRİ – elektrodlarla elektrolitlәrin sәrhәdindәn elektrik cәrәyanı keçdikdә sәrhәdin nazik sәth tәbәqәsindә elektronların hәrәkәti ilә gedәn proseslәr. Elektronların keçid istiqamәtindәn (elektroddan elektrolitә vә ya әksinә) asılı olaraq k a t o d vә a n o d (uyğun olaraq maddәnin reduksiyası vә oksidlәşmәsinә sәbәb olan) E.p.-nә ayrılır. E.p. adi kimyәvi proseslәrdәn sürәtin elektrod potensialından asılı olması, hәmçinin oksidlәşmә vә reduksiya proseslәrinin fәza ayrılığının mümkünlüyü (kimyәvi cәrәyan mәnbәlәrindә vә elektrolizdә istifadә edilir) ilә fәrqlәnir. İfrat gәrginlik artdıqca E.p.-nin sürәti artır. Potensial tarazlıq halında dinamik tarazlıq yarandığından elektroddan cәrәyan axmır, amma fazalar sәrhәdindә fasilәsiz yük daşıyıcılarının – ionlar vә elektronların mübadilәsi (mübadilә cәrәyanı adlanır vә E.p.-nin әsas kinetik parametrlәrindәn biridir) gedir. Elektrodun tәbiәtindәn asılı olaraq E.p.-nin sürәti geniş diapazonda dәyişir.