ƏHMƏD XANİ (1651, Çukurca, Hakkari – 1707, Doğubәyazid, Ağrı) – kürd şairi, әdәbiyyatçı, mütәfәkkir vә maarif xadimi. Bir müddәt Cizrәdә yaşamış, sonradan Doğubәyazidә köçmüşdür. Ərәb, fars vә türk dillәrini bilәn Ə.X. Yaxın Şәrq әdәbiyyatı ilә yaxından tanış olmuş, әsәrlәrini fars vә kürd dillәrindә yazmışdır. DoğuBәyazid mәdrәsәlәrindә müәllim vә İshaq paşa sarayında katib işlәmişdir. Ərәbcәkürdcә mәnzum “Növbahari” (1683) lüğәtinin, “İman kodeksi”nin, poetika vә fәlsәfәyә dair әsәrlәrin, xalq dastanının süjeti әsasında, mәsnәvi formasında yazılmış “Mәm vә Zin” (1693) poemasının müәllifidir. Süjet xәttinin inkişafında, obrazların tәsvirindә orta әsr әdәbiyyatına xas olan sxematikliyә qarşı çıxaraq, poemanı fәrdi yaradıcılıq üslubunda işlәmişdir. “Mәm vә Zin” poemasında şairin hәyat haqqında fәlsәfi düşüncәlәri öz әksini tapmışdır. Poema ilk dәfә 1920 ildә İstanbulda nәşr edilmişdir.
Ə s ә r i: Mәm vә Zin. B., 1976.