ƏHMƏD İBN HƏSƏN, II Əhmәd Toqan xan (? – tәqr. 1056) – Qaraxani hökmdarı [1024–26]. Qardaşı Yusif Qәdir xanı böyük xaqan kimi tanımamış, digәr qardaşı Əli Toqanla birlәşәrәk özünü vahid Karluk-Qaraxani xaqanlığının böyük xaqanı elan etmişdi. Paytaxt olan Balasaqun, hәmçinin Xocәnd, Fәrqanә, Özkәnd vә Ahıska ona tabe olmuşdu. Lakin Yusif Qәdir xan Özkәndi vә Balasaqunu geri aldıqda, Ə.i.H. onun hakimiyyәtini tanımaq mәcburiyyәtindә qalmışdı.