ELEKTRODETONÁTOR – sәnaye partladıcı maddәlәrindә vә döyüş sursatında detonasiya yaratmaq üçün vasitә. Metal vә ya plastik kütlәdәn hazırlanmış giliz şәklindә olan E.-a elektrik alışdırıcısı vә lәngidici tәrkib (lәngidicisiz dә ola bilәr) daxil edilir. İşәdüşmә müddәtinә (ani işә düşәn, qısa lәngidilәn vә lәngimәklә işlәyәn), konstruktiv icrasına, tәyinatına (ümumi tәyinatlı, seysmik kәşfiyyat mәqsәdi daşıyan, neft quyularında aparılan partlayışlar üçün), kәnar cәrәyanlara hәssaslığına (normal, az hәssas, tufanadavamlı) görә növlәrә ayrılır.