ELEKTRODİAQNÓSTİKA (elektro …+ diaqnostika) – hәrәki sinir vә әzәlәlәrin oyanıqlıq funksiyalarının elektrik qıcıqlandırılması ilә aparılan müayinә üsulu. Periferik sinir vә әzәlә xәstәliklәri vә travmalarını aşkarlamaq mәqsәdi ilә istifadә olunur. E. zamanı istәr daimi, istәrsә dә dәyişәn cәrәyan tәtbiq edilir. Hәr sinir vә әzәlәnin әn çox qıcıqlanan nöqtәsindә, müvafiq bәdәn sәthindә müәyyәn nöqtәlәr olur; onlara ox şәklindә aktiv elektrod bәrkidilir; müayinә olunan şәxsin döş sümüyü vә ya bel nahiyәsinә enli qurğuşun lövhә formasında passiv elektrod yerlәşdirilir. Әvvәl sağlam, sonra isә zәdәlәnmiş tәrәfdә oyanma hәddi (әzәlәlәrin gözlә görünә bilәn yığılmasını törәdәn cәrәyanın minimal gücü) tәyin edilir. Әzәlәlәrdә güclü qıcığa qarşı reaksiyanın olmaması sinir vә ya әzәlәnin tәlәf olduğunu tәsdiqlәyir, travmadan sonra qıcıqlanmanın bәrpa vәziyyәtinә görә sinirin regenerasiyası haqqında rәy bildirilir. E. – tetaniya, miasteniya, miotoniya vә digәr xәstәliklәrin erkәn aşkarlanması üsuludur. Toxumaların elektrik qıcıqlanmasında cәrәyan gücünü vә onun tәsir müddәtini nәzәrә almaqla aparılan ölçmәlәrә – xronaksimmetriyaya E.-nın bir növü kimi baxmaq olar (mәs., poliomielit zamanı әzәlәlәrin qıcıqlara qarşı cavab reaksiyasının çağırışı üçün müddәtin kәskin uzanması müşahidә edilir). E., hәmçinin, bәzi qulaq, göz, daxili orqan vә d. xәstәliklәrә
diaqnoz qoyulması zamanı istifadә olunur.
Dişin hissi sinirlәrinin elektrik cәrәyanı vasitәsilә qıcıqlandırılması ilә aparılan müayinә e l e k t r o o d o n t o d i a q n o s t i k a adlanır; stomatologiyada pulpanın, yaxud periodontun ağrı dәyişikliklәrini aşkar etmәk üçün işlәdilir.