ELEKTRODİNAMİKA k l a s s i k – elektrik yüklәri arasında qarşılıqlı tәsiri hәyata keçirәn elektromaqnit sahәsinin klassik nәzәriyyәsi. Klassik E.-nın әsas qanunları Maksvell tәnliklәrindә tәşәkkül tapmışdır. Bu tәnliklәr elektromaqnit sahәsinin әsas xarakteristikaları olan elektrik sahәsinin intensivliyinin (E) vә maqnit induksiyasının (B) qiymәtlәrini vakuumda vә makroskopik cisimlәrdә elektrik yüklәrinin vә cәrәyanların fәzada paylanmasından asılı olaraq tәyin etmәyә imkan verir.
Klassik E-da ayrı-ayrı yüklü zәrrәciklәrin yaratdığı mikroskopik elektromaqnit sahәsi makroskopik cisimlәrdә elektromaqnit proseslәrin klassik statistik nәzәriyyәsinin әsasını tәşkil edәn Lorens–Maksvell tәnliklәri ilә tәyin olunur; Lorens–Maksvell tәnliklәrinin ortalaması Maksvell tәnliklәrinә gәtirir.
Klassik E.-nın qanunları yüksәktezlikli (qısa dalğa uzunluqlu) elektromaqnit dalğaları, yәni kiçik fәza–zaman intervallarında baş verәn proseslәr üçün kafi deyil. Bu halda kvant elektrodinamikasının qanunları tәtbiq olunur.
Klassik E.-nın meydana gәlmәsi vә inkişaf tarixi haqqında bax Elektrik.