ELEKTROENERGÉTİKA – elektrik enerjisini alan, uzaq mәsafәlәrә ötürәn vә işlәdicilәr (istifadәçilәr) arasında paylaşdıran – ölkә tәsәrrüfatının elektriklәşdirilmәsini tәmin edәn energetika sahәsi. E. sәnaye, nәql., k.t., rabitә, mәnzil-kommunal tәsәrrüfatı energetikasının әsasıdır. Sәnayecә inkişaf etmiş hәr bir ölkә üçün E. mühüm әhәmiyyәtә malikdir; elektrik enerjisinin uzaq mәsafәlәrә ötürülmәsi vә işlәdicilәr arasında paylaşdırılmasının ra- hatlığı, hәmçinin başqa növ enerjilәrә (mexaniki, istilik, kimyәvi, işıq vә s.) çevrilmә imkanı onun başqa enerjilәrdәn üstün cәhәtidir. E.-nın әsas ehtiyatları yanacaq (kömür, neft, tәbii qaz vә s.), su vә nüvә enerjisi, az miqdarda külәk enerjisi, günәş enerjisi vә yerin daxili istiliyidir. Elektrik enerjisinin fәrqlәndirici xüsusiyyәti onun eyni zamanda hәm hasilatı, hәm dә işlәdilmәsidir. Elektrik enerjisinin әsas hissәsi energetika sistemlәrinә daxil olan güclü elektrik st.-larında istehsal edilir.