Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTROENSEFALOQRAFİYA

    ELEKTROENSEFALOQRÁFİYA (elektro … + yun. enképhalos – baş-beyin + qrafiya) – insan vә heyvanların baş-beyin fәaliyyәtinin müayinә üsulu; beynin ayrı-ayrı zona vә hissәlәrinin bioelektrik ak- tivliyinin yekun göstәricilәrinin qeydә alınmasına әsaslanır. E. müasir neyrofiziologiya, neyropatologiya vә psixiatriyada istifadә edilir. Bir sıra orqan vә toxumalar kimi beyin dә fәaliyyәti zamanı özünü e.h.q.-nin mәnbәyi kimi aparır. Lakin benin cüzi elektrik aktivliyi voltun milyonda bir hissәsi qәdәrdir; onu ancaq e l e k t r o e n s e f  a l o q r a f adlanan xüsusi yüksәkhәssaslıqlı cihaz vә güclәndiricilәrin kömәyilә qeydә almaq olur. Praktikada E., aparatın girişinә mәftillәr vasitәsilә birlәşdirilәn metal lövhәciklәrin (elektrodların) kәllә sәthinә qoyulması ilә hәyata keçirilir. Onun çıxışında canlı beynin bioelektrik potensiallarının dәyişmәsinin qrafik tәsviri – e l e k t r o e n s e f  a l  o q r  a m (EEQ) alınır. EEQ hәm mürәkkәb beyin strukturlarının morfoloji xüsusiyyәtlәrini, hәm dә onların fәaliyyәt dinamikasını, yәni baş-beyin qabığı neyronlarının cismindә vә dendritlәrindә inkişaf edәn sinaptik proseslәri әks etdirir. EEQ fazalı nisbәtlәrlә vә ayrı-ayrı amplitudalarla dәyişәn müxtәliftezlikli dalğalardan ibarәt mürәkkәb әyridir. Amplituda vә tezlikdәn asılı olaraq EEQ-dә “alfa”, “beta”, “delta” vә s. yunan hәrflәri ilә işarә edilәn dalğalar fәrqlәndirilir. Fizioloji vәziyyәtdәn (yuxu vә ayıqlıq, görmә vә ya eşitmә siqnallarının qәbulu, cürbәcür emosiyalar vә s.) asılı olaraq sağlam insanda EEQ dәyişә bilәr. Nisbәtәn sakit vәziyyәtdә olan yaşlı sağlam insanın EEQ-sindә iki әsas ritm tipi müәyyәn edilir: rәqs tezliyi 8–13 hs olan 25–55 mkv amplituda ilә sәciyyәlәnәn α– ritm, tezliyi 14–30 hs olan 15–20 mkv amplituda ilә meydana çıxan β – ritm. Beynin müxtәlif xәstәliklәri zamanı EEQ-nin normal tәsvirindә az vә ya çox dәrәcәdә kobud pozulmalar baş verir ki, bununla da zәdәlәnmәnin ağırlığını vә lokalizasiyasını tәyin etmәk, mәs., şişin vә ya qanaxmanın yerlәşmә nahiyәsini müәyyәn etmәk mümkündür. Operasiya zamanı EEQ-nin yazılması xәstәnin vәziyyәtini izlәmәyә vә narkozun dәrinliyini dәqiq tәnzimlәmәyә kömәk edir. Ancaq beynin dәrin şöbәlәrinin elektrik aktivliyinin qeyd edilmәsi – e l e k t r o s u b k o r t i k o q r a f i y a klinika üçün daha böyük әhәmiyyәtә malikdir vә bu, istәr neyrocәrrahiyyә opera- siyaları zamanı, istәrsә dә uzun müddәtә elektrodu beyin toxumalarına sancmaqla hәyata keçirilir. Teleensefaloqrafiya baş-beynin elektrik aktivliyini mәsafәdәn qeyd etmәyә imkan verir. EEQ yazısının riyazi, miqdari üsulla tәsviri, spektral, korrelyasion vә d. statistik analiz üsulları, beynin potensial sahәlәrinin topoqrafik xәritәsinin tәrtibi EEQ-nin sadә vizual qiymәtlәndirilmәsini dәqiqlәşdirir vә tәdqiqatçı EEQ-dәn yeni, әvvәllәr mәlum olmayan informasiyaları çıxara bilir. EHM-in kömәyilә EEQ-nin müfәssәl avtomatik analizi E.-dan istifadәnin yeni perspektivlәrini açır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV