ELEKTROFÓN (elektro…+… fon) – radioqrammofon – qrammofon valındakı sәs yazısının sәslәndirilmәsi üçün elektromexaniki qurğu. E.-nun әsas hissәlәri – elektrik valoxudanı (sәsgötürәn vә elektrik mühәrrikindәn ibarәtdir), sәstezlikli elektrik rәqslәri güclәndiricisi vә sәsucaldan, yaxud akustik sistemdir. E.-nun adapterindә (sәsgötürәndә) iynәnin ucunun mexaniki rәqslәri sәstezlikli elektrik rәqslәrinә çevrilir. Sәstezlikli elektrik rәqslәri güclәndirildikdәn sonra sәsucaldana (yaxud akustik sistemә) ötürülür. Valoxudanın mühәrriki disklәri dövr/dәq tezliklә fırladır. E.-dan monofonik vә stereofonik qrammofon yazılarını sәslәndirmәk üçün istifadә olunur.