Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTROFOTOQRAFİYA

    ELEKTROFOTOQRÁFİYA – yarımkeçiricinin vә ya dielektrikin fotokeçirici tәbәqәsindә әmәlә gәlәn gizli elektrik tәsvirinin aşkarlanmasına (viziualizasiyasına) әsaslanan fotoqrafik tәsvirin alınması üsulu; işıq şüalarının tәsiri altında tәbәqәnin elektrik keçiriciliyi – fotokeçiricilik yüksәlir. Әn geniş istifadә olunan (әsasәn sәnәdlәrin surәtinin operativ çıxarılması vә çoxaldılması üçün) E. növü yarımkeçirici tәbәqәnin üzәrindә alınan k s e r o q r a f i y a üsuludur. Kseroqrafik tәbәqә elektriklәşdirildikdәn sonra onda işığahәssaslıq yaranır. Elektriklәşdirmә prosesindә tәbәqә sәthinә müsbәt vә mәnfi ionlar çökür vә tәbәqә sanki lövhәlәrinin arasında yüksәk müqavimәtli yarımkeçirici yerlәşdirilәn yastı kondensator şәklini alır. Ekspozisiya vermә müddәtindә yarımkeçiricinin fotokeçiriciliyi nәticәsindә işıqlanmış yerlәrdә tәbәqәnin müqavimәti azalır, bu isә tәbәqәnin sәthinә çökdürülmüş yüklәrin işıq- lanmaya mütәnasib azalmasına (yoxa çıxmasına) sәbәb olur. Ekspozisiyavermә müddәtindәn sonra qalan elektrik yüklәri gizli elektrik tәsvirini әmәlә gәtirir. Bu tәsvir elektrik yüklü xüsusi tozla (quru, yaxud suspenziya halında) aşkarlama yolu ilә vә bilavasitә tәbәqә üzәrinә, yaxud kağıza, plyonkaya köçürülәrәk sabitlәşdirilir vә görünәn tәsvirә çevrilir (viziuallaşır). E.-dan elm vә texnikanın bir sıra sahәlәrindә (mәs., rentgenoqrafiya, holoqrafiya, spektroskopiya, yarımkeçiricilәr fizikasında) tәdqiqat vә qeydәalma vasitәsi kimi dә istifadә olunur.

     Elektrofoto qrafik tәsvirin alınması sxemi 1, 2 – elektriklәşdirmә; 3 – ekspzisiyavermә;
    4 – quru halda aşkarlama; 5 – tәsvirin kağıza köçürülmәsi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV