ELEKTROXÓD – hәrәkәtverici mexanizmlәri elektrik mühәrriklәri ilә hәrәkәtә gәtirilәn gәmi; elektrik mühәrriklәri öz cәrәyan mәnbәlәrindәn (generatorlardan, akkumulyatorlardan), yaxud xarici elektrik şәbәkәsindәn aldığı enerji ilә işlәyir. Gәminin әsas elektrik generatorunu fırladan mühәrriklәrin növündәn asılı olaraq dizel-elektroxodlara (dizel mühәrrikli) vә tur- binli-elektroxodlara (buxar vә qaz turbinli) ayrılır.