ELEKTROKÁR (elektro… + ing. car –araba) – elektrik mühәrriklәri ilә hәrәkәtә gәtirilәn araba. Arabaya quraşdırılmış mühәrrik elektrik enerjisini akkumulyatordan alır. E.-ı sürücü idarә edir, yaxud proqramla idarә olunur. E. kiçik partiyalı yüklәri(5 t-a qәdәr) yaxın mәsafәlәrә daşımaq üçündür (mәs., z-d vә liman әrazilәrindә, vağzallarda). Yüksaxlayan qurğusunun tipinә görә E. tәrpәnmәz vә qaldırılan platformalı olur. 16–20 km/saat sürәtlә hәrәkәt edir.
Електрокар.