ELEKTROKARDİÓQRAF (elektro… +yun. καρδια – ürәk + …qraf ) – insanın, yaxud heyvanın işlәyәn ürәyinin biometrik potensialını qrafik qeyd edәn cihaz. Hәrәkәt edәn kağız lent vә ya fotoqrafik plyonka üzәrindә yazılan (cızılan) әyri e l e k t r o k a r d i oq r a m (EKQ) adlanır. Ürәk xәstәliklәrinin diaqnostikasında EKQ-nin analizindәn istifadә edilir. EKQ ilә diaqnostikaya 20 әsrin әvvәllәrindә başlanmışdır. İnformasiyanı әlaqә (rabitә) kanalları vasitәsilә ötürәn E.-lar da yaradılmışdır.