Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTROKARDİOQRAFİYA

    ELEKTROKARDİOQRÁFİYA (elektro… + kardio… + … qrafiya) – ürәk әzәlәsinin müayinәsi üsulu; işlәyәn ürәyin bioelektrik  potensiallarının qeyd edilmәsi yolu ilә aparılır. Ürәk yığılmazdan (sistoladan) qabaq miokard hüceyrәsinin membranından ionların keçmәsilә müşayiәt olunan vә nәticәdә membranın daxili vә xarici sәthlәri arasında potensiallar fәrqinin dәyişmәsi ilә miokardın oyanması baş verir. Mikroelektrodlar vasitәsilә aparılan ölçmәlәr potensial dәyişmәsinin 100 mv-a yaxın olduğunu göstәrir. Normal şәraitdә insan ürәyinin şöbәlәrindә oyanma ardıcıllıqla gedir. Ona görә dә ürәyin sәthindә artıq oyanmış vә hәlә oyanmamış sahәlәr arasında dәyişәn potensiallar fәrqi qeyd edilir.

    Ürәyin elektrofizioloji müayinәsi üzrә eksperimentlәr hәlә 19 әsrdә aparılmışdır. Lakin bu üsulun tibdә tәtbiqi V.Eynthovenin 1903–24 illәrdәki tәdqiqatlarından sonra hәyata keçirilmişdir. O, azәtalәtli (az inersiyalı) simli qalvanometrdәn istifadә etmiş, qeydiyyatın standart sistemini vә qiymәtlәndirmәnin әsas meyarlarını işlәyib hazırlamışdır. Bu üsulun yüksәk informativliyi vә texniki cәhәtdәn nisbәtәn sadәliyi, xәstәlәr üçün tәhlükәsizliyi vә hәr hansı fәsadlar törәtmәmәsi E.-nın tibdә vә fiziologiyada geniş tәtbiqi ilә nәticәlәnmişdir. Elektrokardioqrafın әsas hissәlәri – güclәndirici, qalvanometr vә qeydedici qurğudur. Cihaz işlәyәrәk qeydedici qurğuda elektrik potensialları paylanmasının dәyişәn mәnzәrәsinin hәr sistola zamanı tәkrarlanan sivri vә dәyirmilәşmiş dişciklәri olan әyrisi – e l e k t r o k a r d i o q r a m (EKQ) alınır. Dişciklәri latın hәrflәri – P, Q, R, S, T vә U ilә göstәrmәk qәbul edilmişdir. Onlardan birinci dişcik ürәk qulaqcıqlarının, qalanları isә ürәk mәdәciklәrinin fәaliyyәti ilә әlaqәdardır. EKQ-nin tәhlili zamanı dişciklәrin möv- cudluğu, hündürlüyü, forması, eni vә onlar arasındakı interval qiymәtlәndirilir. Bunların әsasında bütövlükdә ürәkdәki elektrik proseslәrinin xüsusiyyәtlәri vә müәyyәn dәrәcәdә ürәk әzәlәsinin daha mәhdud sahәlәrinin elektrik aktivliyi haqqında fikir söylәnilir.

    T i b d ә E.-nın ürәk ritmi pozulmalarının müәyyәn olunması, habelә miokard infarktının vә bәzi digәr xәstәliklәrin aşkar edilmәsi üçün çox böyük әhәmiyyәti vardır. Lakin EKQ dәyişikliklәri elektrik proseslәri pozulmalarının ancaq xarakterini әks etdirir vә bir qayda olaraq, müәyyәn xәstәliklәr üçün elә bir ciddi xüsusiyyәt tәşkil etmir. EKQ dәyişikliklәri tәkcә xәstәlik nәticәsindә deyil, hәm dә adi gündәlik aktivlik, qida qәbulu, dәrmanla müalicәnin tәsiri vә digәr sәbәblәrdәn dә baş verә bilәr. Ona görә dә hәkim tәrәfindәn diaqnoz EKQ-yә görә deyil, xәstәliyin klinik-laborator әlamәtlәrinin mәcmusuna görә qoyulur. Bir sıra ardıcıl çıxarılmış EKQ-lәrin (bir neçә gün vә ya hәftә fasilәlәrlә) müqayisәsi zamanı diaqnostik imkanlar artır. Elektrokardioqraf, hәm dә kardiomonitorlarda (ağır xәstәlәrin vәziyyәti üzәrindә gecә-gündüz avtomatik müşahidә aparatlarında) vә işlәyәn insanın vәziyyәti üzәrindә – kliniki, idman, kosmik tәba- bәtdә telemetrik nәzarәt üçün istifadә olunur.

    Ürәyin bioelektrik aktivliyi digәr üsulla da qeyd edilә bilәr. Potensiallar fәrqi hәmin an üçün
    müәyyәn kәmiyyәt vә istiqamәtlә xarakterizә olunur, yәni vektordur vә şәrti olaraq mәkanda müәyyәn vәziyyәt tutan oxla göstәrilә bilәr. Bu vektorun xarakteristikaları ürәk tsikli әrzindә elә dәyişir ki, onun başlanğıc nöqtәsi hәrәkәtsiz qalır (“ürәyin elektrik mәrkәzi”), son nöqtәsi isә mürәkkәb qapalı әyri tәsvir edir. Müstәvi üzәrindә proyeksiyada bu, әyri ilgәklәr seriyası şәklindә olur vә v e k t o r  – k a r d i o q r a m (VKQ) adlanır; o tәxmini olaraq EKQ-nin müxtәlif müayinә aparmalarına әsasәn qrafik şәklindә qurula bilәr, lakin onu bilavasitә xüsusi aparatın – vektorkardioqrafın kömәyilә dә almaq olar. Bu zaman qeydedici qurğu displey olur, ötürmә üçün isә müayinә aparılanın üzәrindә müәyyәn müstәvidә yerlәşdirilmiş 2 cüt elektroddan istifadә edilir. Elektrodların vәziyyәtini dәyişmәklә müxtәlif müstәvidә VKQ almaq vә elektrik proseslәrinin xarakteri haqqında daha tam fәza tәsviri tәrtiblәmәk mümkündür. Bәzi hallarda vektorkardioqrafiya E.-nı әlavә diaqnostik üsul kimi tamamlayır. E.-nın vә vektorkardioqrafiyanın elektrofizioloji әsaslarının vә kliniki tәtbiqinin öyrәnilmәsi, qeydetmә aparatlarının vә üsullarının tәkmillәşdirilmәsi tibbin xüsusi elmi sahәsinin – elektrokardiologiyanın predmetidir.

    B a y t a r l ı q d a E. iri vә xırda heyvanların (әsasәn, atlar, iribuynuzlu qaramal, itlәr) ürәyindә bәzi qeyri-yoluxucu vә ya infeksion xәstәliklәr nәticәsindә baş verәn dәyişikliklәrin diaqnostikası üçün tәtbiq olunur. E.-nın kömәyilә heyvanlarda ürәk ritmi pozulmaları, ürәk şöbәlәrinin (qulaqcıqların, mәdәciklәrin) böyümәsi vә ürәkdә olan digәr dәyişikliklәr müәyyәn edilir. E. üsulu – tәtbiq edilәn vә ya sınaqdan keçirilәn dәrmanların heyvanların ürәk әzәlәsinә tәsirinә nәzarәtә imkan yaradır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV