ELEKTROKATALİZ (elektro... + kataliz) – elektrod materialından vә ya onun sәthinin modifikasiyasından asılı olaraq elektrokimyәvi prosesin sürәtinin, yaxud istiqamәtinin dәyişmәsi. E. termini ümumi stexiometrik tәnliyinә elektrod materialı daxil olmayan proseslәrә (mәs., hidrogen vә oksigenin ayrılması, üzvi birlәşmәlәrin elektrooksidlәşmәsi vә ya elektroreduksiyası vә s.) aiddir. E. termini ilk dәfә 1934 ildә N.İ.Kobozev vә V.V.Monblanova tәrәfindәn istifadә edilmişdir. Elektrokataliz 20 әsrin 60-cı illәrindә yanacaq elementlәrinin yaradılması problemi ilә әlaqәdar müstәqil elmi istiqamәt kimi formalaşmışdır.
Anod misin hәll olması (Cu→Cu2++2e) vә ya katodda SO2–8 anionun SO2–4 -yә reduksiyası kimi elektrokimyәvi reaksiyalar elektrokatalitik proseslәrә aid deyildir. Bir qayda olaraq elektrokatalitik proseslәr çoxmәrhәlәli olur vә onlardan biri mütlәq bu vә ya digәr komponentlәrin elektrodda adsorbsiyasıdır. Üzvi birlәşmәlәrin platin qrupu metalları üzәrindә elektrooksidlәşmәsi tipik elektrokatalitik prosesdir. “Tәmiz elektrokimyәvi” vә elektrokatalitik reaksiyalar arasında sәrhәd olduqca şәrtidir. Elektrokatalitik vә heterogen katalitik reaksiyaların bir-birindәn әsas fәrqi prosesin sürәtinin elektrod potensialından asılı olmasıdır. E.-in digәr xüsusiyyәti sәth üzәrindә fon elektrolitin adsorbsiyası vә onun elektrod reaksiyalara tәsiridir. Metalın fiziki vә kimyәvi xassәlәrini, onun elektrokatalitik aktivliyi ilә әlaqәlәndirәn dürüst nәzәriyyә (hәtta nisbәtәn sadә vә aydın görünәn elektrokataliz hadisәlәri üçün) mövcud deyildir.
Aktiv vә selektiv elektrokatalizatorlar iqtisadi cәhәtdәn sәrfәli elektroliz proseslәrin (hidrogen, oksigen, xlor vә s. istehsalında) vә elektrokimyәvi generatorların (hidrogen, oksigen, üzvi yanacaq vә s. әsasında) yaradılması, üzvi vә qeyri-üzvi birlәşmәlәrin elektrosintezinin hәyata keçirilmәsi vә intensivlәşdirilmәsi, müxtәlif vericilәrin işlәnib hazırlanması vә ekoloji problemlәrin hәlli zamanı vacibdir.