ELEKTROKİMYӘVİ ÇEVİRİCİ – qeyri-elektrik kәmiyyәtlәrini (mәs., temp.-ru) elektrik siqnallarına vә әksinә çevirәn cihaz. E.ç.-nin iş prinsipi mәhlullardan elektrik cәrәyanı keçirilәrkәn baş verәn elektrokimyәvi proseslәrә әsaslanır. E.ç. tәzyiq, tәcil çeviricilәri (vericilәri), elektrik cәrәyanı inteqratoru, sayğac vә s. kimi işlәdilir. E.ç.-nin quruluşu sadәdir, qabarit ölçülәri vә kütlәsi böyük deyil, yüksәk hәssaslığa malikdir, mәxsusi küylәrinin sәviyyәsi aşağıdır, az enerji sәrf edir. Çatışmayan cәhәtlәri tezlik vә temp-r dia- pazonlarının mәhdud, hәssaslığının temp-r әmsalının yüksәk olmasıdır. E.ç. dәqiq cihazqayırmada, avtomatikada, metrologi- yada, kimyada, elәcә dә elmin vә sәnayenin başqa sahәlәrindә tәtbiq edilir.