ELEKTROKİMYӘVİ EMAL – elektrod proseslәrindәn istifadәyә әsaslanan metal emalı üsulları. E.e. zamanı elektrolitdәn elektrik cәrәyanı keçәrkәn pәstahın (anod) metalı hәll olur; çıxıntılı hissәlәr daha tez hәll olunduğuna görә ilk növbәdә pәstahın sәthi hamarlaşır. E.e. sәthi emal (anodlama, cilalama vә s.) vә ölçü emalı (mürәkkәb boşluqların anodhidravlik emalı, dartıb uzatma, sıxma, preslәmә vә s.) növlәrinә ayrılır.