ELEKTROKİMYӘVİ GENERÁTOR – kimyәvi cәrәyan mәnbәyi; elektrokimyәvi reaksiyanın gedişi zamanı reagentlәr fasilәsiz olaraq elektrodlara doğru hәrәkәt edir. E.g. yanacaq elementlәri batareyalarından, hәmçinin reagentlәrin saxlanması vә verilmәsi, reaksiya mәhsullarının kәnar edilmәsi, nәzarәt vә idarәetmә sistemlәrindәn ibarәtdir. F.i.ә. 80%-ә qәdәrdir. Kosmik aparatların enerji tәchizi sistemlәrindә vә s. istifadә edilir.