ELEKTROKİNETİK POTENSİAL, ξ – p o t e n s i a l, d z e t a p o t e n s i a l – iki fazanın sәrhәdindә potensialın ümumi sıçrayışının bir hissәsi; elektrokinetik hadisәlәr zamanı bu fazaların nisbi yerdәyişmәsini tәyin edir. Dispers sistemlәrdә fazalararası sәrhәdin kәsişmә nöqtәsindә potensialın ümumi sıçrayışı ikiqat elektrik tәbәqәsinin mövcudluğu ilә şәrtlәnir. E.p. izoelektrik nöqtәdә (adsorbsiya tәbәqәsindә müsbәt vә mәnfi yüklәrin sayının bәrabәrliyini göstәrәn nöqtә, başqa sözlә, s ı f ı r ı n c ı y ü k n ö q t ә s i) sıfıra bәrabәrdir.