Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTROQRAVİMETRİYA

    ELEKTROQRAVİMETRİYA – miqdari analizin elektrokimyәvi üsulu; elektroliz zamanı tәyin olunan komponentin işçi elektrod üzәrindә ayrılması nәticәsindә onun kütlәsinin artmasına әsaslanır. Tәyin olunan maddә bir qayda olaraq metal (vә ya oksidi) şәklindә әvvәlcәdәn çәkilmiş platin katodu (vә ya anodu) üzәrindә çökdürülür. Elektrolizin sona çatma anı tәyin olunan ionun sәciyyәvi hәssas vәsfi reaksiyası ilә müәyyәn edilir. Elektrolizi elektrodlar arasındakı sabit gәrginlikdә, sabit cәrәyan şiddәtindә vә ya işçi elektrodun nәzarәt edilәn potensialında hәyata keçirmәk olar.

    Sabit gәrginlikli E. zamanı polyarlaşma hesabına işçi elektrodun potensialının daha mәnfi sahәyә yerdәyişmәsi baş verir. Bunun nәticәsindә әlavә reaksiyalar (digәr metalların vә ya qaz halında hidrogenin ayrılması) getdiyinә görә selektivlik azalır. Bu tip E. zamanı H+ ionlarına nisbәtәn çәtin reduksiya olunan qarışıqların iştirakında asan reduksiya olunan maddәlәr tәyin edilir. Sabit cәrәyan şiddәtindә elektroliz zamanı qatılıq polyarlaşması nәticәsindә cәrәyanın azalmasını kompensә etmәk üçün sistemә verilәn gәrginliyi dövri surәtdә artırmaq lazımdır. İşçi elektrodun nәzarәt edilәn potensialında elektroliz zamanı selektivlik xeyli yüksәlir. Е. zamanı qatılıq polyarlaşmasını azaltmaq vә elektrolizi sürәtlәndirmәk üçün mәhlul intensiv qarışdırılır, bәzәn isә qızdırılır. E.-nın bir növü dә daxili elektroliz üsuludur. Bu üsulda sistemә verilәn gәrginlik (qalvanik elementә) xaricdәn gәrginlik verilmәdәn (elektrokimyәvi reaksiya) öz-özünә gedir. Katod inert metallik (adәtәn platin toru), anod isә elektrokimyәvi aktiv elektroddur (mәs., mis, sink vә ya maqnezium lövhәlәri). Nisbәtәn yüksәk cәrәyan şiddәtini saxlamaq üçün iriölçülü elektrodlardan istifadә olunur, mәhlul yaxşı qarışdırılır vә inert elektrolit әlavә edilir.

    Tәyin olunan maddәnin anod üzәrindә ayrılmaması üçün anod fәzası katodunkundan mәsamәli diafraqma, yaxud anod analiz olunan mәhluldan anodun hazırlandığı metalın duzunun mәhlulu doldurulmuş mәsamәli çini stәkan ilә tәcrid edilir. Daxili elektroliz üsulu nisbәtәn az miqdarda maddәnin tәyini üçün daha әlverişlidir, sadәliyi vә selektivliyi ilә seçilir, lakin analiz çox vaxt aparır.

    E. әrintilәr, metallar vә elektrolit van- nalara aid mәhlulların analizi zamanı tәtbiq edilir.

    Әd.:
    Л о п а т и н Б.A. Теоретические основы электрохимических методов анализа М., 1975; Ю и н г Г. Инструментальные методы хими-
    ческого анализа. пер. с англ., М.,1989.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV