Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHMƏD İBN TULUN

    ƏHMƏD İBN TULUN [835, Bağdad – 884, Misir, Fustat (yaxud Antioxiya)] – Misirdә türkmәnşәli Tulunoğulları (Tolunoğulları) sülalәsinin banisi, Tulunoğulları dövlәtinin hökmdarı [868–884]. Atası Tulun doqquzoğuzlar tayfasından Buxara türkü idi. 855 ildә xәlifә әl-Mütәvәkkilin yanında әlahiddә hәrbi hissәnin komandanı tәyin edilmiş, sonra isә Tarsusun әmiri olmuşdur. Ə.i.T. Bizansa qarşı yürüşlәrdә iştirak etmiş, qoşunla xәlifә әl-Mütәz tәrәfindәn әleyhdarlarına qarşı mübarizә aparan Misir canişininә kömәyә göndәrilmişdi. 868 il sentyabrın 15-dә o, böyük qoşunla Fustata (indiki Qahirә) girmiş, Misirin canişini tәyin edilmiş vә әmir elan olunmuşdur. Hakimiyyәtinin ilk illәrindәn hәrbi vә maliyyә mәsәlәlәrini nәzarәtinә almış, әdliyyә sistemini türk әnәnәlәrinә uyğun qurmuşdur. İsgәndәriyyәdә vә digәr yerlәrdә itaәtsiz әmirlәrә qarşı mübarizә aparmışdır. Yuxarı Misirdә Əlәvilәrin üsyanını (868–869) yatırmışdır. Türklәrdәn, bәdәvilәrdәn (bәrbәrlәrdәn) vә sudanlılardan ibarәt peşәkar ordu yaratmış, 100 minlik qoşunla Suriya hakimi İsa ibn Şeyx әş-Şeybani üsyanının qarşısını almışdır. İraqın c.-unda Bәsrәni nәzarәtindә saxlamışdır. 874 ildәn Bağdada bac vermәyi dayandırmışdı. 878 ildә Şam (Dәmәşq) vә Hәlәb şәhәrlәri daxil olmaqla Suriyanı, daha sonra Adana, Tarsus, Yerusәlim (Fәlәstin) vә İordaniyanı dövlәtinin tәrkibinә qatmaqla әrazisini genişlәndirmişdi. Ə.i.T. Bizansla müharibәyә başlasa da, oğlu Abbasın ona qarşı üsyan edәrәk hakimiyyәti әlә keçirmәk istәyini eşidib tәcili Fustata qayıtmışdı. Ə.i.T.-un Mәkkәni tutmaq cәhdi (883) uğursuzluqla nәticәlәnmişdi. Onun sәrkәrdәsi Tarsusda üsyan qaldırmışdı. Tarsusun uğursuz mühasirәsi zamanı xәstәlәnmiş Ə.i.T. Fustata qayıdıb hakimiyyәti oğlu Xumaraveyhә vә siyyәt etdikdәn sonra ölmüşdür. Ə.i.T.-un hakimiyyәti dövründә varlı әyalәtlәrdәn toplanmış vәsaitin bir hissәsi k.t. vә ticarәtin inkişafına yönәldilmişdi. Ə.i.T. üzәrindә xәlifәnin adı ilә yanaşı, öz adı da olan pul zәrb etdirmişdi. Onun dövlәtindә islam-türk mәdәniyyәtinin müxtәlif sahәlәri tәrәqqi tapmış, bir sıra әzәmәtli binalar, mәscidlәr, o cümlәdәn “Maristan” adlı mәşhur ilk iri dövlәt xәstәxanası (873) tikilmişdi. 876–879 illәrdә Qahirәdә Yaşkur tәpәsindә inşa etdirdiyi möhtәşәm mәscid Ə.i.T.-un adını daşıyır vә bugünәdәk ilkin görkәmini saxlayır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç