ƏHMƏD İBN MƏCİD (?–?) – 15 әsr әrәb losmanı, dәniz coğrafiyasına hәsr edilmiş әsәrlәrin müәllifi. Dәnizçi ailәsindә doğulmuşdur. İ b n M a c i d kimi dә tanınır. Ə.i.M. Portuqaliya mәnbәlәrindә sәhvәn “Qucarat mavrı” adlandırılır. 40-a yaxın әsәri (әksәriyyәtini nәzmlә yazmışdır) var. Ən mühüm vә irihәcmli әsәrlә rindәn biri “Kitab әl-fәvaid fi üsul elm әl-bәhr vә-l-qәvaid”dir (“Dәnizçilik elminin әsasları vә qaydaları haqqında faydalı mәlumatlar kitabı”). Ə.i.M. Qırmızı dәniz, İran körfәzi vә Hind okeanından keçәn dәniz marşrutları haqqında mәlumat vermişdir. 1498 ildә Vasko da Qamanın gәmilәrini Afrikanın ş. sahillәrindәn Kәlkә tәyәdәk aparmışdır.
Əd.: К р а ч к о в с к и й И.Ю. Арабская географическая литература. Избр. Соч., т. 4, М.–Л., 1957; Ш у м о в с к и й Т.А. Три неизвстные лоции Ахмеда Ибн Маджида… М.–Л., 1957.