ƏHMƏD İBN YƏHYA (1895, Sәna – 19.9.1962, Sәna) – Yәmәn kralı (1948 ildәn) vә imamı. Kral Yәhya ibn Mәhәmmәdin oğludur. Şimali Yәmәn tayfalarının dәstәyi ilә mühafizәkar daxili siyasәt yürüdürdü. Konstitusiyalı monarxiya vә ya respublika qurmaq uğrunda hәrbi vә tayfa müxalifәtinin çıxışlarını amansızcasına yatırmışdır (1955, 1959). Xarici siyasәtdә pozitiv neytral mövqe tutmuşdur. Sui-qәsd (1961, 26 mart) zamanı aldığı yaralardan vәfat etmişdir.