ƏHMƏD KƏSRƏVİ ( ) T ә b r i z i (30.9.1890, Tәbriz – 11.3.1946, Tehran) – İran tarixçisi, publisist vә hüquqşünas. Milliyyәtcә azәrb.-dır. Üçcildlik “Tarixe-mәşruteye-İran” (“İran mәşrutә tarixi”, Tehran, 5-ci nәşr, 1962) kitabında 1905–11 illәr İran inqilabının tarixi tәdqiq olunur. “Şәhriyaran-e qomnan” (“Namәlum hökmdarlar”, Tehran, 2-ci nәşr, 1957), “Azәri, ya zәban-e bastan-e Azәrbaycan” (“Azәri, yaxud Azәrbaycanın qәdim dili”, Tehran, 1938), “Namha-ye şәhrha vә dehhaye İran” (“İranın şәhәr vә kәndlәrinin adları”, Tehran, 1930), ”Şeyx Sәfi vә tәbarәş” (“Şeyx Sәfi vә onun nәsәbi”, Tehran, 1927) әsәrlәrindә İranın, o cümlәdәn Azәrb.-ın qәdim vә orta әsrlәr tarixi toponimikasından bәhs edilir. Ə.K.-nin әsәrlәrindә iranpәrәstlik tәmayülü güclüdür. İctimai-siyasi baxışları (kәsrәvilik) 1930-cu illәrdәn dualist xarakter daşımışdır. Ə.K.-yә görә, cәmiyyәt bәrabәrhüquqlu xırda mülkiyyәtçilәrdәn ibarәt olmalı, torpağa onu becәrәnlәr yiyәlәnmәlidir. Ə.K. әsәrlәrindә Azәrb.-a xüsusi yer ayırsa da, mәsәlәlәrin izahında İran millәtçiliyi mövqeyindәn çıxış etmiş vә İran azәrb.-larının farslaşdırılması kimi mürtәce ideya irәli sürmüşdür. “İslam fәdailәri“ tәşkilatının üzvlәri tәrәfindәn öldürülmüşdür.