ƏHMƏD QƏZZALİ ( ), Mәc d ә d d i n Ə b ü l - F ü t u h Ə h m ә d i b n M ә h ә m m ә d ә l - Q ә z z a l i ә t - T u s i (tәqr. 1061, Tus yaxınlığındakı Tabaran k. – 1123, yaxud 1126, Qәzvin) – sufi mütәfәkkir, Mәhәmmәd Qәzzalinin qardaşı. İlk tәhsilini Tusda Əhmәd Raziqanidәn almışdır. Bir çox yerlәrә sәyahәt etmiş, dövrünün elmlәrinә, xüsusilә fiqhә dәrindәn yiyәlәnmişdir. Bir müddәt qardaşının yerinә Bağdadda Nizamiyyә mәdrәsәsindә dәrs demişdir. Mәnbәlәrdә Əbu Bәkr Nәssac Tusi vә Far mәdinin tәlәbәsi olmasına dair mәlumat var. Tәriqәt silsilәsinin Hәsәn Bәsriyә çatdığı göstәrilir. Müridlәrindәn Əbül-Fәzl Bağdadi vә Əbul Nәcib Sührәvәrdi vasitәsilә bir çox tәriqәtә (nemәtullahiyyә, sührәvәrdiyyә, mövlәviyyә, xәlvәtiyyә vә s.) tәsiri olmuşdur. Ən mәşhur tәlәbәsi Eynülqüzatdır. Əsәrlәrini әrәb vә farsca yazmışdır. Ə.Q.-nin әn mühüm әsәri farsca eşq mövzusunda yazılmış әsәrlәrin ilki hesab edilәn “Sәvanihül-üşşaq”dır (tәqr. 1114). Başlıca qayәsi eşqin metafizikası olan bu әsәr dibaçә vә 75 qısa fәsildәn ibarәtdir. Metaforik üslubda, nәzm vә nәsrlә yazılan әsәrin dili axıcıdır. Sәlәfi Hәllac kimi kainatda baş verәn hadisә vә proseslәri eşqlә şәrh edәn Ə.Q.-yә görә, bütün bu gözәlliklәr mütlәq ilahi gözәlliyin nümayişidir. Onun “Mәcalis”, “Tәcrid fi kәlimәtit-tövhid”, “Risalәtüt-teyr”, “Risaleyi-Eyniyyә vә Namehayi-Əhmәd Qәzzali” vә s. әsәrlәri dövrümüzәdәk çatmışdır. Əttar, Fәxrәddin İraqi, Ruzbәhan Bәqli, Əvhәdәddin Kirmani, Nәcmәddin Dayә, Rumi, İzzәddin Mahmud Kaşani, Sәdi vә b. Ə.Q.-nin hәm tәsәvvüfün nәzәriyyәsi, hәm dә tәcrübәsinә dair görüşlәrindәn tәsirlәnmişlәr. Mәzarı Qәzvinin Əhmәdiyyә mәscidindәdir.