ƏHMƏD MİDHƏT (1844, İstanbul, Topxana – 28.12.1912, İstanbul) – türk yazıçısı, jurnalist, maarifçi. Topxanada vә Nişdә tәhsil almış, 1864 ildә Rusçukun (Bolqarıstan) Vilayәt Mәktublar idarәsindә fәaliyyәtә başlamışdır. 1868 ildә “Tuna” qәzetinin redaktoru, sonra baş redaktoru olmuş, 1869 ildә Bağdada vali tәyin edilmiş Midhәt paşa ilә birlikdә oraya getmişdir. Bağdadda tanış olduğu elm vә mәdәniyyәt xadimlәrindәn Şәrq vә Qәrb mәdәniyyәtlәrini öyrәnmişdir. İlk kitabları olan “Xaceyi-әvvәl” vә “Qissәdәn hissә”ni dә Bağdadda yazmışdır. 1871 ildә İstanbula qayıtmış, “Cәrideyi-әskәriyyә” qәzetinin baş redaktoru olmuş, cәmi 10 sayı çıxan “Dağarcıq” jurnalını yaratmışdır. Hәmin jurnalda işıq üzü görәn “Divardan bir sәda” mәqalәsindәki materialist düşüncәlәrinә görә 1873 ildә Rodosa sürgün olunmuş, orada Süleymaniyyә mәdrәsәsi açmışdır. 1876 ildә V Sultan Murad tәrәfindәn bağışlayaraq İstanbula qayıtmış, 1878 ildә “Tәrcümani-hәqiqәt” qәzetini tәsis etmişdir. Pedaqoji fәaliyyәtlә dә mәşğul olmuşdur. “Dәnizçi Hәsәn” (1874), “Fәlatun bәylә Rakim әfәndi” (1875), “Parisdә bir türk” (1876), “Yer üzündә bir mәlәk” (1879), “Dürdanә xanım” (1882), “Dәmir bәy” (1888), “Əski mәktublar” (1897) vә s. romanların, “Gәnclik” (1870), “Bir gerçәk hekayә” (1876), “Diplomlu qız” (1890), “Ana-qız” (1893) vә s. hekayәlәrin müәllifidir. Əsәrlәrinin әksәriyyәtindә Tәnzimat dövrünә xas dualizm әks olunur, Şәrq vә Qәrb mәdәniyyәtlәri qarşılaşdırılır. İslam inanc sisteminin qәnaәtbәxş olmadığını aşılayan ilk yazılarında bir sıra materialist vә pozitivist fikirlәr irәli sürsә dә, sonradan spiritualist düşüncәlәri dәstәklәmişdir. Tәdqiqat obyektlәri baxımından dinlә fәlsәfәni eynilәşdirmiş, cәmiyyәtin isti qamәtlәndirilmәsindә dinin daha tәsirli olduğunu bildirmişdir. Romanlarının baş qәhrәmanları türk-osmanlı-islam düşüncә vә yaşam tәrzinin tәmsilçilәridirlәr.