әsasәn ion keçiriciliyinә malik olan maye vә bәrk maddәlәr. Dar mәnada E. mәhlullarda molekulları elektrolitik dissosiasiya nәticәsindә ionlara ayrılan maddәlәrdir. E. hәm dә 2-ci növ naqillәr adlandırılır. Belә naqillәrlә yanaşı, elektron vә ion keçiriciliyinә malik maddәlәr mövcuddur. Bunlara qәlәvi vә qәlәvi-torpaq metalların polyar hәlledicilәri, hәmçinin duzların әrinti mәhlulları aiddir. Bәrk E., elektrolit mәhlulları vә ion әrintilәri fәrqlidir. Elektrolit mәhlulları çox vaxt hәm dә E. adlan dırı lır. Hәlledicinin növündәn asılı olaraq E. sulu vә qeyri-sulu elektrolitlәrә ayrılır. Yüksәk molekullu elektrolitlәr – polielektrolitlәr xüsusi sinif tәşkil edir.
Sulu mәhlullarda elektrolitik dissosiasiya zamanı әmәlә gәlәn ionların tәbiәtindәn asılı olaraq duz E. (onlarda H+ vә OHionları yoxdur), turşu E. (H+ ionları üstünlük tәşkil edir) vә әsasi E. (OH– ionları üstünlük tәşkil edir) ayırd edilir. E. molekulunun dissosiasiyası zamanı kation vә anionların sayı eyni olduqda simmetrik E. (1,1-valentli, mәs. KCl; 2,2-valentli, mәs. CaSO4 vә s.), olmadıqda qeyri-simmetrik E. (1,2-valentli, mәs. H2SO4, 3,1-valentli, mәs. Al(OH)3 vә s.) adlanır. Elektrolitik dissosiasiya qabiliyyәtinә görә E. şәrti olaraq qüvvәtli vә zәif E.-ә ay rılır. Qüvvәtli E. duru mәhlullarda, demәk olar, tamamilә dissosiasiyaya uğrayır. Bunlara suda, hәmçinin yüksәk dissosiasiya qabiliyyәtinә malik hәlledicilәrdә (mәs., spirtlәrdә, amidlәrdә, ketonlarda) çoxlu sayda qeyri-üzvi duzlar, bәzi turşu vә әsaslar aiddir. Zәif E.- in molekulları ionlara qismәn dissosiasiya zamanı dissosiasiya etmәyәn molekullarla dinamiki tarazlıqda olur. Bir sıra üzvi turşular vә әsaslar sulu vә susuz hәlledicilәrdә zәif E.-dir.
Dissosiasiya dәrәcәsi hәlledicinin tәbiәtindәn, mәhlulun qatılığından, temprdan vә s. asılıdır. Eyni qatılıqlı E. ayrı-ayrı hәlledicilәrdә müxtәlif dissosiasiya dәrәcә li mәhlullar әmәlә gәtirir. Elektrolitik dissosiasiya nәticәsindә mәhlulda hissәciklәrin ümumi sayı artır, bu da elektrolit vә qeyri-elektrolitlәrin duru mәhlullarının xassәlәri arasında mühüm fәrqlәrin yaranmasına sәbәb olur. Mәs., mәhlulun osmos tәzyiqinin artması (Vant-Hoff qanunundan kәnara çıxma) vә hәlledici buxarının mәhlul üzәrindә tәzyiqinin azalması (Raul qanunundan kәnaraçıxma), mәhlulun tәmiz hәllediciyә nisbәtәn qaynama vә donma temp-rlarının dәyişmәsinin artması vә s. bununla izah olunur.
E.-dә ionlar ayrıca kinetik vahiddir; çox vaxt mәhluldakı digәr ionların tәbiәtindәn asılı olmayaraq kimyәvi reaksiyalar vә elektrokimyәvi proseslәrdә iştirak edir. Elektrolitdәn elektrik cәrәyanı keçdikdә, onlara salınmış elektrodda gedәn oksidlәşmә-reduksiya reaksiyaları nәticәsindә sәrbәst halda ayrılan maddәlәr E.-in komponentlәri olur.
E. quruluşuna görә hәlledici molekullarla әhatә olunmuş ionlardan, hәllolmuş maddәnin dissosiasiyaya uğramamış molekulları, ion cütlәri vә daha böyük aqreqatlardan ibarәt mürәkkәb sistemdir. E.-in xassәlәri ion-ion vә ion-molekul qarşılıqlı tәsiri, hәmçinin elektrolitlәrin hәllolmuş hissәcik lәrinin tәsirindәn hәlledicinin xassә vә quruluşunun dәyişmәsi ilә müәyyәn olunur.
E.-in qatılığından asılı olaraq duru mәhlullar, keçid vә qatı mәhlullar sahәlәrinә ayırd edilir. Zәif E.-in çox duru mәhlulları xassәlәrinә görә ideal mәhlullara yaxındır vә klassik elektrolitik dissosiasiya nәzәriyyәsi ilә kifayәt qәdәr yaxşı tәsvir olunur. Qüvvәtli E.-in duru mәhlulları ionlararası qarşılıqlı tәsir nәticәsindә nәzәrәçarpan dәrәcәdә ideal mәhlulların xassәlәrindәn kәnara çıxır vә onlar Debay-Hükkel nәzәriyyәsi çәrçivәsindә tәsvir olunur.
Qüvvәtli E.-in mәhlullarının qatılığı artdıqda, ionların ölcüsü, hәmçinin ionlararası qarşılıqlı tәsirin xarakterinә solvatlaşma effektlәrinin tәsiri nәzәrә alınmalıdır. Keçid qatılıq sahәsindә ionların tәsiri ilә hәlledicinin quruluşu әhәmiyyәtli dәrәcәdә dәyişir. Sonradan E.-in qatılığı artan zaman hәlledicinin demәk olar ki, bütün molekulları solvatlaşma strukturlarında ionlarla әlaqәdar olur vә hәlledicinin çatışmazlığı müşahidә edilir; qatı mәhlullar sahәsindә isә mәhlulun strukturu müvafiq ion әrintilәrinin vә ya kristal solvatların quruluşuna getdikcә daha çox yaxınlaşır.
Temp-r vә tәzyiqdәn asılı olaraq E.-in xassәlәrinin aşağı vә yüksәk temp-r, hәmçinin normal vә yüksәk tәzyiq sahәlәri ayırd edilir. Temp-r vә tәzyiqin yüksәlmәsi ümumiyyәtlә hәlledicinin molekulyar nizamlılığını azaldır, assosiativlәşmә vә solvatlaşma effektlәrinin elektrolit mәhlullarına tәsirini zәiflәdir. E.-in xassәlәrinin öyrәnilmәsi elektrolizin, elektrokatalizin, elektro kristallaşmanın, metalların korroziyasının vә s. mexanizmlәrinin aydınlaşdırılması, elәcә dә maddәlәrin ekstraksiya vә ion mübadilә üsulları ilә ayrılma mexanizmlәrinin tәkmillәşdirilmәsi üçün vacibdir. E.-in xas sәlәrinin tәdqiqi energetik (yeni yanacaq elementlәri, günәş batareyaları, informasiyanın elektrokimyәvi çeviricilәrinin yaradılması) vә әtraf mühitin qorunması problemlәri ilә stimullaşdırılır.
E. elm vә texnikada mühüm rol oynayır. Onlar elektrokimyәvi vә bәzi bioloji proseslәrdә iştirak edir, üzvi vә qeyri-üzvi sintezdә, elektrokimya sәnayesindә mühit kimi istifadә olunur.