ƏHMƏD NAXÇIVANİ, Ə h m ә d i b n Ə y y u b ә l - H a f i z N a x ç i v a n i (? – ?) – 14 әsrdә yaşamış Azәrb. memarı. Naxçıvan memarlıq mәktәbinin görkәmli nümayәndәlәrindәn biri. Bәrdә türbәsinin (1322) müәllifidir. Türbәnin şm. tәrәfdәki baştağının tünd-bәnövşәyi rәngli kaşı yerliyi üzәrindә nәsx xәtti ilә memarın adı yazılmışdır. Binanın kompozisiya hәlli, ayrıntıların diqqәtlә işlәnmәsi, hәndәsi vә yarımhәndәsi polixrom kaşı ornamentlәrin tәtbiqi, kitabәlәrdәn bәzәk vasitәsi kimi istifadә edilmәsi Ə.N.-nin üslubu üçün sәciy yәvidir. Onun Axsadanbaba türbәsi vә Qarabağlar türbәsinindә memarı olduğu ehtimal edilir.
Əd.: B r e t a n i t s k i L., S a l a m z a d ә Ə. Orta әsr Azәrbaycan memarları vә memarlıqla әlaqәdar sәnәtkarlar. Azәrbaycan incәsәnәti, c. 8. B., 1956.